Qış gözəlliyinin 10 kiçik sirri

Qış gözəlliyinin 10 kiçik sirri
Gözəllik sirləri
10.09.2017 7
Havaların
soyuması ilə birlikdə qışın təsirlərini dərimizdə hiss etməyə
başlamışıq. Quru havalarda üzümüzdən başqa dodaqlarımızın, əllərimizin
və saçlarımızın da baxımına diqqət ayırmalıyıq.



Dodaq pilinqi

Qurumuş
və çatlamış dodaqlar gözəl görünmədiyi kimi həm də narahat edir. Bal və
türk qəhvəsini qarışdıraraq dodaqlarınıza dairəvi hərəkətlərlə masaj
edin.

Sağlam dərinin ilk addımı nəmləndiricidir

Nəm
miqdarı qışda daha az olduğu üçün nəmləndiricilərə daha çox ehtiyac
duyulur. Buna görə gündəlik nəm ehtiyacınızı nəmləndiricilərlə
qarşılayın.



SPF hər zaman bizimlə

Qışda
ultrabənövşəyi şüalar bütün gücüylə dərimizə zərər verməyə davam edir.
İstifadə edəcəyiniz məhsullarda SPF qorumasına diqqət edərək dəri
ləkələri və qırışlara da erkən müdaxilə edə bilərsiniz.



Gözləriniz qızarmasın

Külək
və quru hava həssas gözlər üçün çox ziyan olduğundan dərmansız duzlu
göz yaşı damcıları ilə gözlərinizi nəmləndirib qızarmasının qarşısını
ala bilərsiniz.



1.20 dəqiqə çoxdur

Soyuq
havalarda isti su və buxar vannası özümüzü yaxşı hiss etdirsə də
dərimizi qurudur. Duşdan sonra bədən yağı istifadə edin və duşda 10
dəqiqədən çox qalmayın.



Hər zaman baxımlı ayaqlar

Ayaqlarınıza
nəmləndirici vurandan sonra yumşaq və isti saxlayan bir corab geyinin.
Həftədə bir dəfə ponza daşı ilə ayaqlarınıza masaj edin.



Saç kremi istifadə edin

Qış
aylarında istifadə edilən saç kremi saçların rahat daranmasına da kömək
edər. Saç uclarındakı qırılmalar üçün saçlarınıza bir neçə damcı zeytun
yağı sürtüb geniş dişli daraqla darayın.



Burun qızarmasına diqqət edin

Soyuq
havalarda kapilyar damarlarımız qan axının sürətlənməsi ilə genişlənər
və burnumuz qızarır. İstilik fərqi bu damarların çatlamasına və qalıcı
qızartılara səbəb ola bilər. Burnunuza edəcəyiniz çox isti olmayan
kompres bu problemin həllində işinizə yarayacaq.

 

Dirsəklər çürüməsin

Dirsək,
diz və topuq üzərindəki dəri o bölgələrdəki sümük təzyiqini
yüngülləşdirmək üçün daha qalındır. Qurumuş dirsəklər həm narahat edər,
həm də gözəl görünməz. Gecə yatmadan əvvəl bu hissələrə vazelin sürtməyi
unutmayın.

 

Əlləri unutmayın

Qışda
çox təsirlənən yerlərdən biri də əllərimizdir. Yüksək nəm tərkibli əl
kremləri istifadə edin və açıq havada mütləq əlcək taxınскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!