Gözəlliyin keşiyində duran yağlar

Gözəlliyin keşiyində duran yağlar
Gözəllik sirləri
10.09.2017 17
Bəzi
qidalardan əldə edilən yağlar həm orqanizm, həm də dəri gözəlliyi üçün
faydalıdır. Zeytun yağı, qaraçörəkotu yağı, qoz yağı həm sağlam qalmaq,
həm də gözəl görünmək istəyənlərə yardım edə bilər.

 

Qaraçörəkotu yağı:

Bu yağ immunitet sistemini gücləndirir. Mikrob, virus
və göbələkləri yox edir. Toksinlərin bədəndən atılmasını təmin edir.
Qidalar, dərmanlar, həmçinin, kosmetik məhsullarla orqanizmə daxil olan
kimyəvi maddələri təmizləyir. Yaraların tez sağalmasını təmin edir.
Gündə 1 dəfə yeməkdən sonra 1 çay qaşığı qaraçörəkotu yağı içmək
məsləhətdir.

 

Qeyd edək ki, bu yağ saç tökülməsinin və kəpəyin qarşısını da alır.

 

Zeytun yağı:

Yeməklərə
dad verən bu faydalı yağ dəriyə qulluq üçün tövsiyə edilir. Zeytun yağı
ilə həm üz və bədən dərisinə, həm də saçlara qulluq etmək olar. Ondan
müxtəlif maskalar hazırlaya və ya birbaşa dəriyə çəkə bilərsiniz. Zeytun
yağı dərinin nəm balansını qoruyur, qırışları açır, günəş şüalarının
mənfi təsirlərini aradan qaldırır.

 

Gicitkən yağı:

Qanı
təmizləyib, soyuqlamanı aradan qaldıran bu yağ revmatizmadan əziyyət
çəkənlərə də kömək edir. Gözəlliyinin qayğısına qalanlar saçlara və üz
dərisinə gicitkən yağı ilə qulluq edə bilər. Bu yağ saçların qırılmasına
mane olur, onların uzanmasına kömək edir, onlara parlaqlıq verir.
Üzdəki sızanaqları azaldır, qızartıları yox edir.

 

Qoz yağı:

Saç tökülməsinin çarəsi hesab olunur. Həmçinin, göz ətrafı qırışları aradan qaldırır.

 

Alma yağı:

Sızanaqları
aradan qaldırır. Qarın, bel, ayaq və ombada müşahidə edilən çatlarla
mübarizədə effektlidir. Alma yağını saçlara da çəkmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!