Saçlarımıza qulluq edək..

Saçlarımıza qulluq edək..
Gözəllik sirləri
10.09.2017 9
Saçlarımıza qulluq edək..

Saçlarınız uzanmır ya da hər daradığınızda ovuc - ovuc tökülürmü? Bu zaman ilk çarə kəsdirmək deyil.

Bunun üçün ilk öncə saçlarınıza baxım edəcək maskanı tapmalısınız.
Saçlarınızın sürətli uzanması, baxımlı görünməsi və tökülməməsi üçün bu günə qədər bir çox kosmetik məhsullardan istifadə etmişsəniz və istədiyiniz nəticəni görməmisinizsə, o zaman bir də evdə edilən maskalardan istifadə edin.



Quru və köhnəlmiş saçlara özəl maskalar.



Əgər saçlarınız istədiyiniz şəkilə girmir, elektriklənir və pis görünürsə, bu maskalar sizin dərdinizə çarə olabilər.



Yumurta maskası
2 ədəd yumurtanı, 2  yemək qaşığı suyla yaxşıca çırpın. Daha sonra bu qarışımı saçlarınızın dibinə doğru masajla yedirin. 10-15 dəqiqə  saçınızda gözlətdikdən sonra yuyun..






Banan maskası
1 ədəd əzilmiş bananı, 1 ədəd yumurta, 3 yemək qaşığı bal, 3 yemek qaşığı süd və 5 yemək qaşığı zeytun yağıyla qarışdırın.  Yaxşı qarışdığından əmin olduqdan sonra bütün saçınıza sürtün. 15-30 dəqiqə saçınızda gözlətdikdən sonra yuyun.






Zeytun yağı maskası
5 yemək qaşığı zeytun yağını 2 yumurtayla qarışdırın. Saçınıza masaj yardımıyla çəkdikdən sonra saçınızı bağlayın. 30 dəqiqə boyunca saçınızda qaldıqdan  sonra saçınızı yuyun.



Ballı zeytun yağı maskası
3 yemək qaşığı zeytun yağını, 2 yemək qaşığı balla qarışdırıb,saçınıza çəkib,30 dəqiqə  saxlayın və daha sonra  yuyun.



Südlü bal maskası
1 yemək qaşığı balı  südlə qarışdırın. Saçınıza çəkdikdən sonra 15 dəqiqə gözləyib,yuyun.


[/b]
Kəpəkli saçlar üçün maskalar.



Sirke maskesi
2 çay qaşığı sirkəni 6 çay qaşığı suyla qarışdırın və yatmadan öncə saç dərinizə çəkin. Saçınızı dəsmalla bağlayın.
Səhəri gün saçınızı yuyun və saçınızı durularkən təkrar sirkə ilə durulayın. Bu maskanı 3 ay boyunca həftədə bir dəfə edin.



Aspirin maskesi
2 ədəd aspirini suyun içində həll edib, daha sonra şampunla birlikdə saçınıza tökün.



Mat saçları canlandıran maskalar.


[b]

Sarışınlar üçün..
Yarım litr suyun içinə 2 yemək qaşığı limon suyunu tökün. Saçınızı normal şəkildə yuduqdan sonra son durulama suyu olaraq
bu qarışımı istifadə edin.



Qumrallar və qızıl saçlı xanımlar  üçün..
Yarım litr suyun içinə 1 yemək qaşığı alma sirkəsi əlavə edib, son durulama suyu olaraq bu qarışımı saçlarınıza tökün.



Bal maskası
1 yemək qaşığı balı, 4 fincan ilıq suyun içinə qarışdırın. Balın suyun içində əridiyindən əmin olduqdan və saçlarınızı
şampunladıqdan sonra bu suyu tökün. Saçlarınızı yumayın..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!