Bu rəng qadınları həm təhlükəli, həm də cazibədar göstərir

Bu rəng qadınları həm təhlükəli, həm də cazibədar göstərir
Gözəllik sirləri
10.09.2017 12
Siz də məşhurların foto çəkilişlərində və qırmızı xalıda qüsursuz daşıdıqları tünd bənövşəyi dodaqlara sahib olmaq istəyirsiniz?



Bir
çox qadını ilin ən populyar pomada rənginin necə tətbiq olunacağı
narahat edir. Demək olar ki, qaraya yaxın tünd bənövşəyi tonları bu ilin
ən populyar makiyaj trendidir.



Dodaqlara inanılmaz seksual, qəşəng görünüş verən bu tonları təəssüf ki, özəl dəvətlərdən kənarda tez-tez istifadə edə bilmirik.



Ürəyinizdən
bənövşəyi rəngin sizdə necə dayanacağını sınamaq, fərqli stilə
bürünmək, mövsümün trendlərini izləmək gəlirsə və bənövşəyi dodaq
boyasından necə istifadə edilməsini bilmirsinizsə, onda təqdim etdiyimiz
şparqalkalara nəzər salın.



Dəri rəngi

Pomadanın
rənginin dəri rənginizlə uyğun olması, bənövşəyi tonlarda dodaq boyası
ilə bağlı ən yaxşı məsləhətdir. Bəzi tonları bir daha heç vaxt istifadə
etməməyə and içsəniz də, bənövşəyinin digər çalarlarında özünüzə yaraşan
bir tonu mütləq tapa bilərsiniz.



Tünd
dərili qadınların bənövşəyi və qırmızı arasındakı tonlardan istifadə
etmələri lazımdır, açıq dərili xanımlar isə daha tünd bənövşəyi
tonlarını seçməkdə azaddırlar.



Təbii göz makiyajı

Bənövşəyi
dodaqlarınızın ortaya çıxmasını və kosmetikanın çox şit dayanmaması
üçün göz makiyajını yüngül etməlisiniz. Gözlərə dəri rəngli yüngül
parıltılı göz kölgəsi və ya təkcə qara tuş çəkərək bənövşəyi dodaq
boyasını rahatlıqla sürtə bilərsiniz. Yaxud quyruqlu layner çəkə
bilərsiniz.



Qalıcı olması üçün

Tünd
rəngli dodaqlar çox asan dağılır və hər yerə bulaşır. Dodaq boyasının
üzündən pis sürprizlərlə qarşılaşmaq istəmirsinizsə, pomadaların qalıcı
olmasına diqqət edin. Əks halda pomada dağılaraq dodağın ətrafına və
paltarlarınıza da bulaşa bilər.



Nəsə
yeyərkən, ya da zamanla dodaqdakı pomada silinməyə başlayanda ortaya
çıxan mənzərə heç də xoş olmayacaq. Bu kimi hallarla qarşılaşmamaq üçün
mütləq uzun müddət qalıcı və dağılmayan pomada almağınız tövsiyə olunur.



Qüsursuz dəri

Vamp
görünüşlü bənövşəyi pomadanın gözəl görünməsi üçün dərinizin qüsursuz
olması lazımdır. Üzü düzgün konturlamaq lazımdır. Həmçinin üzün
səciyyəvi xüsusiyyətlərini ən az dərəcədə əks etdirməyə çalışın.



Çox
diqqət çəkən pomada sürtdükdə üzünüzün digər nahiyələrini mümkün qədər
sadə saxlamaq lazımdır. Parlaq göz kölgələrindən və simli ənliklərdən
uzaq durun. Qüsursuz dərinizə tətbiq etdiyiniz tünd rəng iddialı dodaq
boyası tək başına sizi ilahə kimi göstərməyə kifayət edir.



Öz tərzinizi yaradın

Bir
çox qadın pomadaların dodaqlarını daha incə göstərdiyini söyləyərək
pomada istifadə etməkdən çəkinir. Bəs hər zaman eyni tonlarda makiyaj
etməkdən və eyni cür paltarları geyinməkdən darıxmadınızmı?



Öz
stlinizə sadiq qalsanız da, bəzən yeniliklərə açıq olmalısınız. Fərqli
makiyaj tərzi, ya da fərqli bir rəng pomada sizi tamamilə dəyişə bilər.
Cəsarətinizi toplayın və bənövşəyi rəngli pomada sürtün!



Saç modeli

Paltarlarınız, saçınız, makiyaj tünd tonlarda olarsa, "Adams” lar ailəsinin bir fərdi kimi görünərsiniz.

Qumral
və sarışın qadınların belə bir dərdi olmasa da, qaradərililər buna
xüsusi diqqət etməlidirlər. Paltar və saç məsələsində çox diqqətli
olmalısınız. Bənövşəyi pomada ilə uyğun olmadığını düşündüyünüz şeyləri
son dəqiqədə dəyişməkdən qorxmayın!



Dırnaqlar

Bənövşəyi
rəngli dodaq boyası ilə eyni rəngli dırnaq boyası bir-biri ilə əla
şəkildə uzlaşır. Makiyajda çox diqqətçəkən rənglərdən istifadə etmək
qəbul olunmasa da, dırnaqlarınızı eyni rəngə boyamaqdan çəkinməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!