Ortodontiya

Ortodontiya
Gözəllik sirləri
10.09.2017 18
Ortodontiya - əyri dişlərin düzəldilməsi, diş, çənə və üzdəki
uyğunsuzluqların aradan qaldırılması ilə məşğul olan elm sahəsidir.
Ortodontistlər çənə sümüyünüzün və dişlərinizin doğru yerdə və doğru
vəziyyətdə yerləşməsini təmin edir. Dişlərdəki əyriliklərin düzəldilməsi
ilə əhəmiyyətli bir estetik görüntü təmin etməklə yanaşı, ağız və diş
sağlamlığına da xeyli müsbət təsir göstərməkdədir. Əyriliklərin aradan
qaldırılması bu hissələrin daha asan və effektiv təmizlənməsini təmin
edir ki, bununla da dişəti xəstəlikləri və kariesin qarşısını almaq
olur. Həmçinin, dişlərin və çəninin bir-biri ilə kontaktı düzələcəyi
üçün daha yaxşı çeynəmə funksiyası əldə olunur. Təxminən 7 yaşında
ortodontik müalicəyə ehtiyacının olub olmamasının təyin olunması üçün
övladınız mütəxəssis tərəfindən müayinə olunmalıdır.



Ortodontiya
diş-çənə-üz bölgəsinə aid olan pozğunluqların əmələ gəlməsinin
qabaqlamağa, irəliləmə prosesini dayandırmağa, müalicə etməyə, gözəl
estetika və funksiyanın təmin olunmasına hədəflənir.



Ortodontik qüsurlarlar nədən əmələ gəlir:

Doğuş anomaliyaları (dodaq-damaq yarığı və s)



Xətalı
funksiyalar (ağızdan nəfəs alma və s.) - Xroniki iltihablar və bənzər
səbəblər uzun müddət davam edərsə, badamcıqlar həddindən artıq dərəcədə
inkişaf edə bilər. Bu vəziyyətdə tənəffüs yolları daralır və nəfəs alma
çətinliyi meydana gəlir. Bu çətinliyi aradan qaldırmaq və o bölgədəki
tənəffüs yolunu genişləndirə bilmək məqsədiylə uşaq alt çənəsini və buna
bağlı olaraq dilini önə verməyə məcbur olur. Belə vəziyyət uzun müddət
davam etmiş olarsa, alt çənənin vəziiyəti önə doğru yer dəyişir. Dil
qabaq dişlərin arasına girirsə və dişlərin çıxmasına mane olursa açıq
qapanış (alt dişlərin üst dişlərə toxunmaması) meydana gəlir. Xəstə
burundan nəfəs ala bilmirsə, üst çənənin böyümə potensialı üzərində
mənfi təsir yaranır.



Bəd vərdişlər (barmaq əmmə, uzun müddət
yalançı əmzik istifadəsi və s): Yeni doğulmuş körpədə olduqca inkişaf
etmiş əmmə mexanizmi vardır. Əmmə instinkti təmin edilməmiş bir körpə bu
ehtiyacını aradan qaldırmaq üçün bəzi vərdişlər əldə edir. Ana südü ilə
9-18 ay qidalanan uşaqların əksəriyyətində bu vərdişə rast gəlinmir.
Aparılan araşdırmalar barmaq əmmənin həyatın ilk bir neçə həftəsində
aclığa bağlı olaraq inkişaf etdiyini göstərmişdir. Dişlərin çıxmağa
başladığı dövrdə təbii qıcıqlanmalardan yaranan ağrı barmaq əmmə
vərdişini artırır. Barmaq əmmə yaşla azalır. Barmaq əmmənin səbəbləri:
ani olaraq ana südündən və ya əmzikdən kəsilmə; körpə qidalanarkən
əmməni çox qısa müddətdə bitirmək; uşağın qidalanmasını uzun aralıqlar
şəkildə təşkil etmək və s. Barmaq əmmə vərdişinə qarşı erkən vaxtlarda
heç bir tədbir görmək olmur. Bu dövrədə vərdişin qarşısını almaq uşağın
fiziologiyasına təsir edəcəyi üçün təhlükəlidir. Bu vərdişin müalicəsi
üçün dəqiq bir yaş dövrü deyilə bilməz. Uyğun zaman hər bir uşaq üçün
ayrıdır. Ümumi halda isə barmaq əmmə vərdişi 3.5 yaşdan sonra da davam
edərsə, müalicəyə başlanılmalıdır. Bu vərdiş olan uşaqlarda əmilən
barmağa və ya barmaq sayına uyğun olaraq təsir sahəsində olan alt və üst
dişlərdə əyriliklərə və alt çənə ilə üst çənənin bağlanması zamanı
nizamsızlıqlara rast gəlinəcək.



Yalançı əmzik: Fizioloji
xüsusiyyətləri olan bir əmziyin 1.5 yaşına qədər əmilməsi zərərli deyil.
Hətta uşağın barmaq əmmə kimi pis bir vərdiş qazanmasının qarşıısını
alar. Yalancı əmziklər davamlı olaraq istifadə olunduğu zaman ağız
boşluğundakı toxumalara uzun müddət anormal təsir etdiyi üçün o
bölgələrdə nizamsızlığa və müxtəlif dişləm qüsurlarına səbəb olmaqdadır.



Çürümə nəticəsində süd dişlərinin erkən düşməsi



Zədə



Düzgün
qidalanmama: Kifayət qədər qidalanmayan insanlarda çənə və üz
quruluşunun həcmində kiçilmələr meydana gələcək və normal həcmdəki
dişlər kiçik çənədə düzgün yerləşə bilmədiyi üçün əyriliklər,
rotasiyalar (dönmə), həttaretensiya hallarına rast gəlinir.



Yatmaq
forması: Yatmaq forması ümumilikdə alt çənənin yatma zamanı mövqeyini
müəyyən edir. Bu da bizə alt çənənin ortalama gündə 8 saat hansı mövqedə
olduğu haqqında məlumat verir. Məsələn üzü üstə yatan bir uşaq ilə,
arxası üstə yatan bir uşaqda alt çənənin mövqeyi fərqlidir. Yatarkən
davamlı eyni tərəfə yatıb əlini və ya yumruğunu üzü ilə yastıq arasına
qoyma vərdişi olan insanlarda həmin hissədə üz davamlı bir təzyiqə məruz
qaldığı üçün ortodontik problemlər meydana çıxa bilər.



Diş sıxma, dırnaq yemə, qələm dişləmə, dodaq dişləmə kimi pis vərdişlər



Süd dişlərinin vaxtından qabaq düşməsi



Dişəti probleminə bağlı diş nizamsızlıqları



Diş itirilməsi ilə bağlı olaraq meydana gələn nizamsızlıqlar



20 Yaş dişlərinin öndəki dişlərə təzyiq etməsinə bağlı yaranan problemlər



Genetik meyillik



Hormonal pozuntular, sistem xəstəlikləriскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!