Ortodontik müayinə nə vaxt edilməlidir?

Ortodontik müayinə nə vaxt edilməlidir?
Gözəllik sirləri
10.09.2017 7
Ortodontik müayinə nə vaxt edilməlidir?

5-6 yaşlarından etibarən
keçirilir. Bu yaşlarda bəzi önləyici ortodontik müalicələr olduqca
faydalı olmaqdadır. Bu dövrdə tətbiq olunan ortodontik müalicələr
önləyici və qoruyucu ortodontik müalicə olaraq 2 qrupa bölünür.Önləyici
Ortodontik Müalicə

Bu müalicələrdə məqsəd daimi dişlər üçün
kifayət qədər yer hazırlamaqdır. Vaxtından tez itirilən süd dişlərinin
yeri üçün qoruyucu yer tutucular hazırlanmaqdadır.

 

Qoruyucu Ortodontik Müalicə

Pis
vərdişlər; barmaq əmmə, anormal udqunma kimi faktorlara bağlı yarana
biləcək problemlərin qarşısını almaq məqsədiylə vərdişin qarşısını ala
biləcək texnikalar hazırlanmaqdadır.

 

Ortodontik müalicə ümumilikdə iki əsas hissədən ibarətdir:


Müalicə
mərhələsi:
 Ortodontik müalicə, bu gün artıq hər yaşda tətbiq oluna
bilir. Müalicələr sabit və hərəkətli aparatlar vasitəsilə aparılır.

Gücləndirmə
mərhələsi:
 Bu hissədə müalicə ilə əldə edilən nəticələrin qorunması
məqsədi ilə passiv xüsusi aparatlardan istifadə edilməkdədir.

Ortodontik problemlər iki cürdür: çənə qüsurları və diş qüsurları (əyri dişlər, yer darlığı və s.)

Çənə uyğunsuzluğunun səbəbi: alt çənənin daha geridə olması, alt çənənin daha irəlidə olması, genetik, inkişaf qüsurları və s.

Diş
qüsurlarının növləri: 
yer darlığına görə dişlərin düzgün çıxmaması, yer
çoxluğuna görə dişlərin aralı olması, barmaq əmmə və ya dilin normadan
böyük olmasına görə üst və alt ön dişlərin arasında məsafə olması,
dişlərin normal pozisiyada olmaması.

Yer darlığının (əyriliyin)
səbəbi:
genetik və ya inkişafdan asılı olaraq çənənin kiçik, diş eninin
böyük olmasına görə dişlərin çənəyə yerləşməmələri, vaxtından əvvəl süd
dişlərinin çəkilməsiylə qalan digər dişlərin bir-birlərinə
yaxınlaşmaları və beləcə altdan çıxacaq daimi dişə kifayət qədər yer
qalmadığı üçün daimi dişin əyri bir şəkildə çıxması və ya heç çıxa
bilməməsi, 20 yaş dişlərinin arxadan digər dişlərə təzyiq etməsi.

Yer
çoxluğunun (aralığın) səbəbi:
 genetik və ya inkişafdan asılı olaraq
çənənin böyük, diş eninin isə dar olmasına görə dişlərin aralı bir
şəkildə çənəyə dağılmaları, genetik və ya inkişafdan asılı olaraq bəzi
daimi dişlərin çıxmaması (bu vəziyyətdə diş ya heç yoxdur, yada çənə
içərisində qalmışdır).

Hərəkətli Ortodontik müalicənin tətbiq
olunduğu hallar:
 sadə səviyyədə olan diş əyrilikləri, çənə darlığının
aradan qaldırılmasını zəruri edən vəziyyətlər, erkən süd dişi
itirilməsinə bağlı yaranmış boşluqların qorumaq məqsədilə doldurulması,
barmaq əmmə kimi pis vərdişlərin aradan qaldırılması, diş qıcımalarının
qarşısının alınması, müalicə sonrasında sabitlikəldə etmək məqsədiylə.

Sabit
ortodontik müalicənin tətbiq olunduğu hallar:
 Dişlərdə əyrilik olması,
alt və üst dişlər arasında ağızın bağlanması zamanı boşluq olması, üst
dişlərin qabağa olması, daha yaxşı bir protez edilməsi məqsədiylə sadə
diş hərəkətlərinə ehtiyac duyulması.

 

Ortodontik Müalicə Yanaşmaları:

Sabit
Ortodontiya:
Diş üzərinə yapışdırılan bracketlərlə aparılan müalicə
şəklidir. Bracket metal ya da keramikadan ola bilər. Diş rəngində olan
keramik bracketlər estetik baxımdan heç bir narahatlıq verməzlər.



Hərəkətli Ortodontiya: Xəstənin özünün taxıb çıxara bildiyi aparatlardır. Daha sadə vəziyyətlərdə tətbiq olunur.



Çənə
Ortopediyası:
Alt və üst çənənin bir-birinə uyğun olmamasını kiçik
yaşlarda üzə geydirilən xüsusi aparatlarla düzəltməklə məşğul olan bir
Ortodontiya sahəsidir. Çox vaxt ortopedik müalicə (çənələrin münasibəti
təmin olunur) və ortodontik müalicə (dişlərin qapanış vəziyyətinin
təmini) birlikdə aparılır.



Ortognatik Cərrahiyyə: ortodontik və
ya ortopedik müalicə ilə düzəldilə bilməyəcək vəziyyətlərdə ortognatik
cərrahiyəyə müraciət edilir. Çənə və ya üzdə olan qüsurlar doğuşdan, ya
da qəza və xəstəliklərə bağlı olaraq sonradan ortaya çıxır. Çənənin
bir-birinə və üzə görə uyğunsuzluğu xəstələrdə həm estetik, həm də
funksional narahatlıqlara gətirib çıxarır. İnkişaf edən üstün
texnologiya və cərrahi texnikalar vasitəsilə bu qüsurlar aradan
qaldırılır.



Invisalign: Bəzi sadə etaplarda bracket istifadə
etmədən, şəffaf kappaların istifadəsi ilə əyriliklər düzəldilə bilinir.
İki həftədə bir dəyişdirilməli olan bu xüsusi kappaları xəstə gündə
təxmini olaraq 20 saat taxmalıdır. Hər müalicə ortalama 60 cüt (alt-üst
çənə) fərqli kappa tələb edir. Müalicə müddəti braketlerlə edilən
müalicə müddətinə yaxındır. Vəziyyətə görə 6 ay ilə 24 ay arasında
dəyişir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!