Yetkinlərdə ortodontiya müalicəsi

Yetkinlərdə ortodontiya müalicəsi
Gözəllik sirləri
10.09.2017 7
Ortodontik müalicə üçün yaş məhdudlaşdırması yoxdur. Dişləri əhatə edən sümükləri sağlam olan hər kəsə ortodontik müalicə tətbiq oluna bilər. Bundan başqa artıq bracketlər diş rəngində keramikadan da hazırlanır. Beləcə, bracket taxdığınız asanlıqla görünməz. Müalicə xəstənin probleminə və yaşına görə 3 ay ilə 30 ay arasında davam edir.



Ortodontik Müalicə zamanı diqqət yetirməli olduqlarınız:

Bracket yemək və bakterik ərpin asanca toplanmasına səbəb olurlar. Buna görə ağız baxımı böyük əhəmiyyət daşıyır.

Orta yumşaqlıqda bir fırça istifadə etmək lazımdır. Xüsusi ortodontik fırçaların istifadə edilməsi də faydalı olar.

Super Floss diş ipindən istifadə gigiyenanın tam təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Ağız gigiyenanızı təmin etmək üçün sizə kömək olacaq digər bir köməkçi material isə interdental fırçadır.

Bundan başqa fırça və diş ipi ilə yanaşı köməkçi olaraq ağız qarqaraları istifadə edilə bilər, amma unutmayın ki, heç vaxt fırça və ipin yerini ala bilməz.

Alma, kök kimi sərt yeməklər bıçaqla kəsilərək yeyilməlidir. Yoxsa bracketin qırılmasına səbəb ola bilərlər.

Xüsusilə qabıqlı və sərt çərəzlər bracket qırılmasına səbəb ola biləcəyi üçün bunları yeməkdən çəkinmək lazımdır.

Karamel kimi yapışqan yeməklər bracketə yapışıb həm çürümələrə, həm də bracket qırılmasına səbəb ola bilər. Bu dövrdə diş əti sağlamlığınız baxımından müayinələr böyük əhəmiyyət daşıyır.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!