Gənc qalmaq istəyənlər üçün masaj hərəkətləri

Gənc qalmaq istəyənlər üçün masaj hərəkətləri
Gözəllik sirləri
10.09.2017 5
Yaşlanma bütün qadınların birinci düşmənidir. 



Yaşlanmağa
qarşı çıxa bilmək üçün edə biləcəyiniz sadə şeylərdən biri də
masajlardır. Üz üçün tipik olan bu masajlar əzələləri oyandırır, qan
axınını və dövranını dəstəkləyir. Üzün hər bölgəsi üçün 5, ya 10 dəfə
edəcəyiniz bu hərəkətlərlə dərinizdəki qan dövranını artırıb daha sağlam
görünüşə qovuşa bilərsiz. 



Üzdə qocalma prosesinin qarşısını alan masaj hərəkətlərini təqdim edirik. 



1. Boynunuzdan çənənizə doğru ritmik hərəkətlərlə barmaqlarınızı sürüşdürün. Üzünüzə dərin toxunuşlarla təzyiq edin. 



2.
"Qayçı” hərəkəti adı verilən bu hərəkətlə çənənizi iki barmağın
arasında sıxışdırın, barmaqlarınızı qulaqlarınıza doğru sıxaraq
sürüşdürün. 



3.
Çənənizdən orta üz bölgəsinə doğru barmaq ucları ilə dərinizi
gərginləşdirərək toxunun. Eyni toxunuşları dodaq ətrafından qulaqlara və
burundan alın istiqamətində edin. 



4.
Göz ətrafında qan dövranını sürətləndirmək üçün göz kənarlarından
gicgahlara doğru barmaqlarınızı dərinizə basaraq sürüşdürün. Hərəkəti
5-10 dəfə etdikdən sonra gözlərinizi 

bağlayın, ritmik barmaq toxunuşları ilə masaj edin. 



5.
Barmaq uclarını alnınızda üfüqi bir düzülüşdə sürüşdürün. İki əlinizlə
alnınızın mərkəzindən yanlara doğru dərin bir təzyiq ilə qırışları
əzərək masaj edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!