Dekolte zonasına qulluq

Dekolte zonasına qulluq
Gözəllik sirləri
10.09.2017 13
Dekolte zonası – bədənin ən problemli və tez qocalmağa başlayan
sahələrindən biridir. Məlum olmayan səbəblərdən bir çox qadınlar nədənsə
daha çox üz dərisinə qulluq edib dekolte zonasını unudurlar. Lakin bu
zonanın da xüsusi qulluğa ehtiyac duyduğunu nəzərə almaq lazımdır.

Dekolte
– fransız sözüdür ki, geyimdə dərin kəsiyi ifadə edir. Hələ ki,
soyuqlar tam olaraq düşmədiyi üçün hər bir xanım müxtəlif sinə kəsimli
köynəklər və donlar geyinməyə davam edir. Sadəcə bu vaxt diqqət etmək
lazımdır ki, dekolte zonasındakı dəri hamar və sağlam görünsün. Əlbəttə
ki, hər bir qadın öz sinə formasının uzun müddət gözəl qalmasını arzu
edir. Sinə və dekolte zonasının cavanlığını və gözəlliyini saxlanılması
üçün iki üsul mövcuddur: kosmetik qulluq və gimnastika.

 

Krem, masaj və bir çimdik duz…

Dekolte
zonasının dərisinə xüsusi qulluq lazımdır, çünki bədənin bu sahəsində
dərialtı piy qat az olduğu üçün hüceyrələr üçün qidalanma çox vaxt
kifayət etmir və bu qırışların yaranmasına səbəb olur. Kosmetik sənaye
bu zonaya qulluq üçün bir çox kremlər istehsal edir ki, bu halda əsas
onlardan düzgün istifadə edə bilməkdir. Həmçinin gündəlik qulluq kimi su
masajı da çox effektivdir. Bu sadəcə duşdan gələn su axınını 5-7 dəqiqə
ərzində sinənin masaj xətlərinə yönəldilməsidir (çiyinlərdən sinənin
mərkəzinə doğru). Əgər sizin dekolte sahəsində səpgi varsa və ya dəriniz
nahamardırsa, bu zaman siz dəniz duzundan vannalar qəbul edə
bilərsiniz.

Dekolte zonasını həftədə bir dəfə skrabla emal etmək,
sonra qidalandırıcı maska etmək lazımdır. Gündəlik istifadə üçün
tərkibində otların cövhəri və kollagen olan krem uyğun gələcək.

 

Xalq metodları

Xalq
tibbi sinə üçün maska kimi növbəti qarışıqdan istifadə etməyi məsləhət
görür: 100 q. yağlı xama, 1 ç.q. araq, limonun yarısı və təzə xiyar.

 

Kosmetik prosedurlar

Dekolte
zonası üçün yalnız kosmetik vasitələrdən deyil, həm də kosmetik
prosedurlardan istifadə etmək olar. Məsələn belə prosedurlardan biri
mezoterapiya adlanır ki, bu prosedura nəticəsində dərini qidalandıran
xüsusi maddələr inyeksiya yolu ilə dəriyə vurulur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!