Qəhvə ilə gözəlləşməyin 3 üsulu

Qəhvə ilə gözəlləşməyin 3 üsulu
Gözəllik sirləri
10.09.2017 7
Qəhvə tərkibindəki maddələr sayəsində dərini cavanlaşdırmaq və
gözəlləşdirmək xüsusiyyətinə malikdir. Qəhvə ilə həm üzünüzü, həm
saçlarınızı, həm də bədəninizi gözəlləşdirə bilərsiniz. Yəni bahalı
kosmetik məhsullara pul xərcləmədən sadəcə qəhvə ilə asan şəkildə
özünüzə qulluq edə bilərsiniz.

Antioksidant olan qəhvə dərini ətraf mühitin mənfi təsirlərindən qoruyur və toksinlərin atılmasına kömək edir.

 

Qəhvəli üz maskası

2
yemək qaşığı qəhvə, 2 yemək qaşığı kakao, 3 yemək qaşığı süt və 1 yemək
qaşığı balı bir qaba tökərək qarışdırın. Bu qarışımı üzünüzə çəkib 15
dəqiqə gözləyin. Daha sonra üzünüzü ilıq su ilə yuyun. Üzü quruladıqdan
dərhal sonra nəmləndirici krem çəkin.

Qəhvənin tərkibindəki kofein
saçların sürətlə uzanmasını təmin edir. Qəhvə ilə saç
dərisinimasaj etsəniz, 1 ay ərzində saçların 10-15 santimetr uzandığını
müşahidə edəcəksiniz.

 

Saç uzadan qəhvəli maska:

Bir
stəkan dəmlənmiş qəhvənin içərisinə yarım stəkan su əlavə edin.
Soyuduqdan sonra bu qarışımı saç diblərindən uclarına doğru çəkin.
Sellofan papaq taxaraq 20 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə
saçlarınızı yuyun.

 

Bədən üçün skrab:

Qəhvə qan
dövranını sürətləndirir və sellüliti yox edir. Ayaqlarınızdakı
sellülitli bölgələrə qəhvə ilə masaj etdikdə portağal qabığı
görüntüsündən xilas ola bilərsiniz. Məşhur model Naomi Kempel möhtəşəm
ayaqlarını qəhvə masajına borclu olduğunu deyir.

Siz də sellülitsiz
ayaqlar üçün qəhvədən skrab hazırlaya bilərsiniz. 1 stəkan üyüdülmüş
qəhvəyə yarım stəkan qəhvəyi şəkər tozu və yarım stəkan kakos yağ əlavə
edib qarışdırın. Təmiz dəriyə bu qarışımı çəkib, dairəvi hərəkətlərlə
masaj edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!