Gözəl bədən quruluşuna nail olmağın yolları

Gözəl bədən quruluşuna nail olmağın yolları
Gözəllik sirləri
10.09.2017 58
İsti yay
günləri rasionu yüngülləşdirmək, zərərli qidaları, artıq kalorini
menyudan çıxartmaq üçün əlverişlidir. Əziz xanımlar, unutmayın, yağlı
ət, fastfud, dondurma nəinki dəri problemlərinə səbəb olur. Həmçinin
qadınların kabusu olan portağal dərisi görüntüsünün ortaya çıxmasına
şərait yaradır və ən əsası həzm etməni ləngidir.



Rusiya mətbuatı
40 gün ərzində rasiondan çıxarılması mümkün olan qidaların kalorisini
hesablayıb. Əgər siz də aşağıda sadalanan qidalara əlvida deməyi
bacarsanız, özünüzü daha yüngül, sağlam hiss edəcəksiniz. Qəbul
etdiyiniz kalorinin miqdarı xeyli azalacaq. Yəqin ki, zərərli vərdişlərə
də birdəfəlik əlvida deyəcəksiniz. Ən əsası qəbul etdiyiniz kalorinin
miqdarı əhəmiyyətli dərəcədə azalacaq. Bu da əlbəttə ki, bədən
quruluşunuza öz müsbət təsirini mütləq göstərəcək!



Qazlı sular

Bir stəkan
qazlı suda tamamilə lazımsız və gərəksiz kalori var. Odur ki, qazlı su
əvəzinə su için. Əgər siz qazlı suyu adi suya dəyişsəniz, gün ərzində
rasionda 124-189 kalori itirmiş olarsınız.



40 gün müddətində isə ümumilikdə 40 stəkan qazlı sudan imtina edilərsə, itiriləcək kalori 4960 və 7560 arasında olar.



Kartof qızartması

Kartof
qızartması yağlı, duzlu və eyni zamanda çox dadlıdır. Etiraf etmək
lazımdır ki, ondan imtina etmək çətindir. Əgər artıq çəkidən xilas olmaq
istəyirsinizsə, həftədə bir dəfə kartof qızartması yeməyin. Bununla da
350 kalori itirmiş olacaqsınız.



Beləliklə, 6 pay kartof qızartmasından imtina sayəsində 2190 kalorini qəbul etməmiş olacaqsınız.



Fastfud

Orqnizmin
möhkəm olmasını istəyirsiniz? Fastfud əvəzinə sağlam qidalar qəbul edin!
Əgər həftədə bir dəfə fastfud tipli xörəklərdən imtina etməyi
bacarsanız 1200 kalori az qəbul etmiş olacaqsınız.



40 gün ərzində 6 dəfə fastduddan imtina edildiyini nəzərə alanda isə itirilən kalorinin 7200 olduğu ortaya çıxır.



Dondurma

Bəli, dondurma
kimi dadlı şirniyyatdan da imtina etmək lazımdır. Həftədə iki dəfə
dondurma yeməkdən imtina etmək üçün özünüzdə güc tapsanız bir həftə
ərzində 460 kalori qəbul etməycəksiniz.



40 gün
müddətində isə 12 dəfə dondurma yeməsəniz, 2760 kalori qəbul etməmiş
olacaqsınız. Əgər şokoladlı dondurmadan imtina edirsinizsə, 3000 kalori
az qəbul etdiyinizə əmin olun.



Spirtli içki

Hər gün bir
badə şərab içmək sağlamlıq üçün xeyirlidir, lakin hər gün qırmızı şərab
içməkdən imtina etsəniz sutkada 127 kalori az qəbul etmiş olacaqsınız.



Ümumilikdə isə 40 gün müddətində 5080 kalori az qəbul edəcəksiniz.



Qəhvə

Bəziləri kofein
asılılığından yaxa qurtarmaq üçün qəhvədən imtina edirlər. Digərləri
isə qənaət məqsədilə bunu edirlər. Yaxşı qəhvə ucuz deyil. Düz də
edirlər. Məsələn, 1 fincan qəhvədə 190 kalori var. Deməli 40 porsiya
qəhvədən imtina sayəsində 7600 kalori az qəbul etmiş olacaqsınız.



Ət

Ət rasionun
əsas tərkib hissəsi ola bilər, amma əgər siz pəhriz saxlayırsınızsa,
yağlı qırmızı ətdən, xüsusilə, qızardılmış ətdən imtina edin. Bununla
184-207 kalori itirə bilərsiniz. Əgər ay ərzində 20 porsiya yağlı ətdən
imtina etməyi bacarsanız, 7820 kalori az qida qəbul etmiş olacaqsınız.



Şokolad

Zaman-zaman
tünd şokolad parçası yeməyi sevirsinizsə, onda hər şey qaydasındadır.
Amma əgər şokolad ehtirasınızı nəzarətdə saxlaya bilmirsinizsə, südlü
şokoladlara da yönəlmisinizsə, deməli bu zərərli vərdişlə vidalaşmağın
zamanı çatıb. Gün ərzində 3 parça şokoladdan imtina etməklə 170 kalori
az qəbul etmiş olacaqsınız. Südlü şokoladdan imtina isə 210 kalorinin az
qəbul edilməsi deməkdir.



Ümumilikdə 40 porsiya şokolad ay ərzində 6800- 8400 kalori deməkdir.



Kreker

Qəlyanaltı
pəhriz saxlayanın köməyinə gələ bilər. Lakin bir şərtlə ki, düzgün ərzaq
seçilsin. Lazımsız krekerdən imtina sayəsində gün ərzində 160 kalori az
qida qəbul etmək mümkündür.



40 gün ərzində 40 porsiya krekerdən imtina isə 6000-6400 kalorini qəbul etməmək deməkdir.



Kartof çipsisi

Bu ərzaq
zərərli xüsusiyyətləri ilə çempiondur! Əgər həftə ərzində bir neçə qutu
çipsi yeməsəniz həftəyə 306 kalori az qəbul etmiş olarsınız.



12 qutu çipsi 1836 kalori deməkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!