Hansı qoxularla kişilərin ağlını başından almaq olar?

Hansı qoxularla kişilərin ağlını başından almaq olar?
Gözəllik sirləri
10.09.2017 15
Kişilərin
diqqətini çəkmək üçün qoxuların sehrindən istifadə etmək lazımdır. Əgər
siz də ətrinizlə hər kəsi özünüzə cəlb etmək istəyirsinizsə, bu
məsləhətlərə əməl edin.



Araşdırmalar göstərib ki, kişilər tərkibində aşağıdakı 4 komponent olan ətirləri daha çox bəyənirlər:



1.Darçın

Darçın
qoxusu verən ətirlər kişilərin ağlını başından alır. Bu da səbəbsiz
deyil. Çünki qədim zamanlardan bəri darçının cinsi istəyi artırdığına
inanılıb. Bir sözlə, darçın qoxan qadın kişiyə olduğundan daha gözəl
görünür və onu ehtirasa gətirir.



2. Vanil

Vanil
qadın ətirlərinin çoxunun tərkibinə vurulur. Vanil qoxusu kişilərin
diqqətini çəkir və onlarda heyranlıq hissinin yaranmasına səbəb olur.
Deyilənlərə görə, qədim zamanlarda erreksiya problemi yaşayan kişilərə
vanilli içkilər məsləhət görüblər.



3. Lavanda

Lavanda
da kişiləri valeh edən qoxulardan biridir. Lavanda qoxulu ətirlərdən
istifadə etməklə yanaşı, paltarlarınızı lavanda ətirli xüsusi yuyucu
vasitələrlə yusanız, istədiyiniz nəticəni əldə edəcəksiniz.



4. Meyvə qoxuları

Meyvə
qoxulu ətirlərdən istifadə edən qadınlar kişilərin xoşuna gəlir. Onlar
belə qadınların daha gənc və şux olduqlarını təsəvvür edirlər. Həmçinin,
meyvə qoxularından istifadə edən qadının daha əyləncəli və səmimi
olduğunu düşünürlər.



Mütəxəssislər
qış aylarında darçınlı və vanilli, yay aylarında isə lavanda və ya
meyvə qoxulu ətirlərdən istifadə etməyi məsləhət görürlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!