Monika Beluççidən gənclik resepti: ... və gülün

Monika Beluççidən gənclik resepti: ... və gülün
Gözəllik sirləri
10.09.2017 15
Məşhur hollivud aktrisası Monika Beluççi iddia edir ki, seks bədəni formada saxlamağa kömək edir, ruhi müvazinəti bərpa edir.

 

kişiləri
özünə valeh edən  51 yaşlı  aktrisa öz açıqlamasında heç vaxt idmanla
məşğul olmadığını, eləcə də, pəhriz saxlamadığını söyləyib:

"Mən
səhər saat 6-da yuxusuna haram qatıb idman zalına gedənlərdən deyiləm.
Arıqlamaq istəyirəmsə, çəkilişlərdən bir neçə gün əvvəl makarondan
imtina edirəm. Düzü, mən tort və makaron məmulatları olmadan yaşaya
bilmərəm. Bəzən özümə bir qədəh qırmızı şərab və siqaret çəkməyə də
 icazə verirəm. Gənc qalmaq istəyən qadınlara doyunca yatmağı məsləhət
görürəm. Gəncliyinizi qorumaq istəyirsinizsə, hər gün sevişin və çoxlu
gülün. Onda qalan hər şey arzuladığınız kimi olacaq”.

 

Monika hesab edir ki, qadının seksuallığı çılpaq bədəndən deyil, ifadəli baxışlarından ibarətdir:

"İndi
peşə baxımından ən gözəl yaşdayam. Mənim şəxsi həyatım artıq qurulub,
iki gözəl qızım var, üstəlik, boş vaxtım da yoxdur. Kifayət qədər ömür
yaşamışam və böyük həyat təcrübəm var, hər xoş məqamı qiymətləndirməyi
bacarıram. Tənha qadın, əslində, azad qadın deməkdir. İndi özümü heç
vaxt hiss etmədiyim qədər yaxşı hiss edirəm” - söyləyib.

 

Xatırladaq ki, Monika həyat yoldaşı Vensan Kasseldən 2013-ci ildə ayrılıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!