Cennifer Lopezin cazibədarlıq sirri: alkoqola yox, kələmə hə!

Cennifer Lopezin cazibədarlıq sirri: alkoqola yox, kələmə hə!
Gözəllik sirləri
10.09.2017 5
46 yaşlı pop diva "US Weekly” jurnalına verdiyi açıqlamada formada qalmasının sirlərindən danışıb.

 

Məlum
olduğu kimi Ceylo 46 yaşında olsa da, mükəmməl formada qalmağı bacaran
nadir ulduzlardandır. Bunun üçün o, bir çox üsullara əl atır.
Ümumiyyətlə, onun rejimi üçün dəmir iradə tələb olunur. Ulduzun gözəllik
qaydalarına idman, sağlam qidalanma, alkoqol və əyləncə gecələrindən
mümkün qədər uzaq durmaq daxildir:

 

"İçmirəm,
çəkmirəm və kofeindən istifadə etmirəm. Yaş artdıqca bu, ilk növbədə
dəridə özünü göstərir. Günəş vannasını tez-tez qəbul etmirəm. Qaralmaq
istəyəndə günəşin ultrabənövşəyi şüalarından qorunmaq üçün dərimə SPF
tərlkibli çoxlu krem çəkirəm. Günəşin altında çox az dayanıram, ona görə
də dərim yaxşı qalıb”.

 

Lopez göyərti və tərəvəzlərə olan sevgisini də etiraf edib:

 

"Biz çoxlu brokkoli, kahı və kələm yeyirik”.

 

Seksual
ulduz gözəllik üçün yuxunun da böyük rolu olduğunu bildirib. Gərgin
qrafiklə işləyəndə sutkada 10 saat yatmağa çalışdığını da deyib.
Müğənninin ideal formada qalmasının əsas sirri, sözsüz ki, idmandır. O,
demək olar ki, idman zalında saatlarla məşq edir. Üstəlik, onunla məşğul
olan iki məşqçisi var:

 

"Nyu-Yorkda
olanda Devid Kirşemlə işləyirəm. Los-Ancelesdə isə mənimlə Treysi
Anderson məşğul olur. Onların verdiyi proqramı yerinə yetirmək çox
xoşuma gəlir”.

 

Cennifer üçün mənəvi rahatlıq da önəmlidir. Belə ki, ulduz stressdən uzaq olmaq üçün gündə 20 meditasiya edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!