Bahalı görünmək üçün 7 ucuz məsləhət

Bahalı görünmək üçün 7 ucuz məsləhət
Gözəllik sirləri
10.09.2017 7
Bahalı görünmək üçün 7 ucuz məsləhət.

1. Öz stilinizi zövqlə təqdim etməyə can atın,lakin onun sirrini heç
kəsə verməyin. Əziyyətlə üstündə işləyib hazırladıqınız mükəmməlliyi bir
anda başqasının mənimsəməsi üçün şərait yaratmayın.

2.Leybləri bayırda qoymayın. Elit kütləyə daha yaxın olmaq ,o cəmiyyətə
mənsub olmaq üçün bashqa fishiniz "sirriniz” olsun. Bəzi dairələrdə
yastılaşmış saç düzümü və yarıya kimi bağlanmış gödəkcə buna misaldır.
Ümumiyyətlə,daxil olmaq istədiyiniz cəmiyyəti diqqətlə nəzərdən keçirdin
və ona uyğun hərəkət edin.

3. İnkar edin. Heç zaman geyiminizin yüksək qiymətindən söz açmayın.
Unutmayın ki,vulqar şəkildə maddiyatı nümayiş etmək kasıblığın və
görməmişliyin ilk göstəricisidir. Növbəti millionu qazandıqdan sonra
geyimlə şöhrət qazanmağa ehtiyac qalmır. 

4. Nəzərəçarpan nəzərəçarpmazlıq. Qoy geyiminiz təmkin və minimalizmin
təcəssümü olsun. Statusu dolayı yolla elan etmək üçün hər zaman üsul
var. Qoy iki yığın ağ saroçkanız olsun,bir-birindən kiçik bir nyuans ilə
fərqlənsin. Ağıllı nəzərlər bunu dərhal hiss edəcək ,digər nəzərlər
nəyinizə gərəkdir ki?

5. Sizin geyiminiz təp-təzzə görünməli,ayaqqabınız xırçıldayıb
ayaqlarınızı sürtməli,saç düzümünüz isə mütləq təzə biçilmiş və
rənglənmiş olmamalıdır. Axı zövq və pulu dünən əldə etməmisiniz. Yavaş
-yavaş "əzizim bu gün yeni köynək geyinmisən!” və ya "saçlarını təzə
kəsdirmisən” kimi cəsarətqırıcı komplimentlərdən canınızı qurtarın.

6. Virtuoz azadlıq. Şıklığın sirri -guya təsadüfən alınıb diqqətdən
kənar qalmış xırdalıqlardır. Məsələn,jiletin guya təsadüfən açılmış ilk
düyməsi,saroçka yaxalıqının yüngülcə qalxması və s. Bu azadlığın layiqli
bir dərəcəsidir. Bu gün siz ciddi-qaydalara uyğun geyinmiş millionerə
demək olar ki rast gələ bilməzsiniz. Bu tərz geyim indiki zamanda ya hər
hansı bir menecerə,ucuz variantı isə sürücü və ya mühafizəçiyə məxsus
ola bilər.

7. Təkrar baxışın şıklığı. Onun təlimatlarını alın və hər zaman sizə
qayıdan təkrar və diqqətli baxışa hazır olun,o qaçılmazdır və sizi təqib
edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!