Gözəl sinəyə malik olmaq üçün 6 hərəkət

Gözəl sinəyə malik olmaq üçün 6 hərəkət
Gözəllik sirləri
10.09.2017 14
Sinə
əzələlərini möhkəmlətmək və formada saxlamaq üçün məşq etmək lazımdır.
Bunun üçün 6 məşq təqdim edirik. Onları hıftədə 3 dəfə təkrar etmək
lazımdır. Hər məşq 2 dəfə təkrar olunmalıdır. Məşqlər üçün gimnastik
xalça və qantellər tələb olunur. Qanteli su ilə dolu 2-3 kq-lıq plastik
qablarla əvəz edə bilərsiniz.



İsinmə hərəkəti olaraq çiyinləri önə və arxaya 10-12 dəfə döndərin, eyni sayda hərəkətləri əllər yana açıq şəkildə edin.



Məşq 1. Əlləri açıb-bağlayırıq

Kürəyi
üstə yerə uzanıb, qantel və ya su ilə dolu plastik qabları əlinizə
alın. Əllər öndə, dirsəkdən yüngülcə qatlanır. Nəfəs alın, dirsəkləri
düzəltmədən yavaş-yavaş dirsək yerə dəyənə qədər qollar yana açılır.
Sonra nəfəs verir və əvvəlki vəziyyətə qayıdırıq. Məşq 15-20 dəfə təkrar
olunur.



Məşq 2. Yıxılıb-qalxmaq

Bu
məşqi etməyi hamı görüb. Dörd ayaq üzərinə yerə düşüb, əllər aralı
qoyulur, barmaqlar önə. Ayaqlar tam açılmış vəziyyətdə, barmaq ucları
yerə dəyir. Biləklərin çiyinlə eyni səviyyədə olması vacibdir. Sonra
dirsəyi qatlayıb, çiyin səviyyəsinə qədər açırıq. Bir məşq 10-15
enib-qalxmadır. Çalışın kürəkləriniz yaxınlaşmasın və başınızı aşağı
salmayın. Bu məşqin təsirini zəiflədir. Qarına sallanmağa imkan verməyin
ki, belinizə güc düşməsin. Məşqin məqsədi təkcə döş deyil, həm də
çiynin ön və arxa əzələlərini möhkəmlətməkdir.



Məşq 3. Yan böyrü üstə qalxma

Əsas
vəziyyət iməkləmə vəziyyəti. Sağ əlinizə qanteli götürün, sol
tərəfinizə dayanın. Sol ayaq dizdən qatlanmışdır, sağ ayaq uzununa
açılmışdır. Qarnı gərginləşdirir, budu elə qaldırırıq ki, bədənin sağ
tərəfi başdan ayağın ucuna qədər düz xətt vəziyyəti alır. Qantel olan
əlimizi özümüzə doğru qatlayırıq. Ayaq və bədənin vəziyyətini dəyişmədən
qolumuzu yana açıb, yavaşca bağlayırıq. Məşqi 6-8 dəfə təkrar edirik.
Sonra tərəfi dəyişirik. Qanteli sol əlimizə alırıq.



Məşq 4. Uzun sıxılma

Əsas
vəziyyət: qarın üzərində uzanıb ayaqları elə uzadırıq ki, pəncənin üst
səthi yerə toxunsun. Qollar dirsəkdən qatlanır, əllər yerə toxunur,
dirsək bədənə sıxılır. Ehmalca bədən yerdən qaldırılır, eyni zamanda
pəncə üzərinə oturur, əllərlə irəli dartılırsınız. Pişik vəziyyəti
alırsınız. Sonra əvvəlki vəziyyətə qayıdırsınız. Məşqi 8-10 dəfə təkrar
edirik.



Məşq 5. Elastiklik

Əsas vəziyyət: iməkləmə vəziyyəti, əllər çiynin altında, ovuclar yerə dayanır. Barmaqlar açılmış halda önə baxır.

Bədənin
aşağı hissəsi çanaq və budlar yerə yıxılır. Ayaqlar düz. Əsas yük
əllərə düşür. Döş qəfəsini açırıq- çiyinləri aşağı və arxaya, baş arxaya
və baxışlar özünə yönəlir. Bu vəziyyətdə 60 saniyə dayanın və yenidən
iməkləmə vəziyyətinə qayıdın. Fasilə 20 saniyə. Məşq 3 dəfə təkrar
olunur.



Məşq 6. Dünyanın ən gözəl qadını

Əsas
vəziyyət: kürəyi üstdə yerə uzanırıq, ayaqlar düz, əllər başın arxası
ilə düz qoyulur. 30 saniyə ərzində əllərinizi və ayaqlarınızı maksimum
dərəcədə dartırıq. Sonra ayaqları dizlərdə qatlayıb, qucaqlayırıq, döş
qəfəsinə sıxırıq. Baş və döş qəfəsi yerdən aralanmır. Bu vəziyyətdə 20
saniyə dayanın. Məşq 5-6 dəfə təkrarlanır. Sonra kürəyi üstə uzanaraq
əllərinizin içi yuxarı olmaqla sadəcə dərindən nəfəs alın. Bu vəziyyətdə
döş əzələlərinin necə dartıldığını və elastikləşdiyini təsəvvür etmək
çox faydalıdır.



Bu məşqləri etməklə artıq 3 həftə sonra ilk nəticələri müşahidə edəcək və komplement alacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!