Quru və çatlamış dodaqlara paket çayla qulluq

Quru və çatlamış dodaqlara paket çayla qulluq
Gözəllik sirləri
10.09.2017 9
Soyuq hava dodaqların quruyub çatlamasına səbəb olur.

 

Çatlara
qarşı ən yaxşı vasitənin vazelin olduğu deyilsə də, bir çox xanım həm
qoxusu, həm də həddən artıq yağlılıq hissi verdiyi üçün vazelinə
müraciət etməkdən çəkinir. Məşhur brendlərin istehsal etdikləri dodaq
balzamları isə baha olmaqla yanaşı, çatlara qarşı təsirli deyil.  

 

Çatlardan xilas olmaq üçün sadəcə 1 ədəd paket çaya (yaşıl və ya qara çay ola bilər) və bir fincan isti suya ehtiyacınız var. Paket
çayı qaynar suda 2-3 dəqiqə saxlayın. Daha sonra sudan çıxarıb
dodaqlarınızın üstünə qoyun. 5-10 dəqiqə qalması kifayət edəcək.

 

Paket çay ölü dəriləri təmizləməklə yanaşı, yeni hüceyrələrin yaranmasını da sürətləndirir. Bu üsulu həftədə iki dəfə tətbiq etsəniz, dodaqlarınız daim hamar və yumşaq qalacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!