Üzünüzdəki yorğunluğu gizlətmək üçün makiyaj hiylələri

Üzünüzdəki yorğunluğu gizlətmək üçün makiyaj hiylələri
Gözəllik sirləri
10.09.2017 3
Bəzən hamımız səhərlər çox yorğun, şişmiş gözlərlə və halsız oyanırıq.
İşə gedən xanımlar bu yorğunluğu makiyajla gizlətməyə çalışır, lakin
düzgün makiyaj etmədikdə buna nail olmaq mümkün olmur. Biz sizə üzünüzdə
və gözlərinizdəki yorğunluğu gizlədərək, daha canlı görünməyinizə kömək
edəcək bəzi makiyaj hiylələrini təqdim edirik.
İlk növbədə üzünüzü soyuq su ilə yuyun.

Yorğun cildə ağır makiyaj etməmək lazım olduğunu unutmayın. Həmişə
istifadə etdiyiniz tonal krem əvəzinə bb kremi və ya rəngli nəmləndirici
kimi daha yüngül vasitələrdən istifadə edin. Çünki ağır makiyaj üzünüzü
daha da yorğun göstərə bilər.

Göz ətrafınızdakı qaralmaları açıq rəng konsiler əvəzinə şaftalı
rəngdə olan, dərinizin rəngindən bir ton açıq rəngdəki konsilerlərdən
istifadə etməklə gizlədə bilərsiniz.

Sarı və boz rəngə çalan konsilerlərdən uzaq durun.

Şəffaf kirşandan istifadə edin. Bu cür kirşan həm çox yüngül, həm də ipək kimi bir görünüş yaradır.

Ənlik seçimində çəhrayı və onun daha aşağı tonlarına üstünlük verin. Sarı, qəhvəyi və parıltılı ənliklərdən uzaq durun.

Qaşlarınızı uyğun rəngdə bir qələmlə doldurun.

Gözlərinizə qalın layner və tünd rəngdə göz kölgələri çəkməyin.
Bunun əvəzinə krem, çəhrayı və şaftalı rəngində olan göz kölgələrindən
istifadə edin.

İncə bir layner çəkmək və ya kirpiklərinizin diblərinə tünd qəhvəyi
rəngdə bir göz kölgəsi sürtməklə gözlərinizin daha diqqətə çarpan
olmasına şərait yarada bilərsiniz.

Dəbdəbəli və uzun quyruqlu layner çəkməyin. Bununla yanaşı, laynerin
və ya kölgənin ucunun qaşınızın bitmə nöqtəsindən aşağıda olmamasına
diqqət yetirin. Bu, gözlərinizi daha yuxarıda və dinamik göstərəcəkdir.

Kirpiklərinizi bir-birinə yapışdırmayan, dən-dən göstərən bir tuş istifadə edin.

Alt kirpiklərinizin diblərinə heç nə vurmamağa çalışın. Həmçinin,
alt kirpiklərinizə tuş çəkməyin. Çünki bu, gözlərinizin aşağı
çəkilməsinə səbəb olur.

Qəhvəyi, açıq qəhvəyi, tünd qırmızı, bənövşəyi və qızılı rəngdə olan
pomadalar yerinə açıq çəhrayı və şaftalı rəngdə olan pomadalar çəkə
bilərsiniz.

Gözünüz yorğun olduqda kirpik dibləriniz acışa bilər. Bu hallarda
tuş və layner çəkməyib kirpik qatlayıcılardan istifadə edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!