Qaşların və kirpiklərin tökülməsi səbəblər

Qaşların və kirpiklərin tökülməsi səbəblər
Gözəllik sirləri
10.09.2017 14
Qaş və kirpiklərin tükcükləri daim tökülür və yeniləri ilə əvəz
olunur. Bu təbii prosesdir. Qaşların və kirpiklərin sıxlığı bu zaman
dəyişilmir.



Yaşlı insanlarda qaşlar və kirpiklər seyrəlir. Bu insan orqanizminin ümumi qocalması ilə bağlı olan normal fizioloji prosesdir.

Lakin
bəzən cavan insanlarda qaşlar və kirpiklər sürətlə tökülməyə başlayır,
xeyli seyrəlir, "keçəlləşir". Bu artıq patoloji prosesdir və orqanizmdə
olan hər hansı pozulmanın simptomudur.



Qaşların və kirpiklərin tökülməsinin səbəbləri arasında:



- Kosmetikaya allergiya. Bu ən yayılmış səbəbdir. Tuş, karandaş,
göz kölgələri, gözətrafı sahəsi üçün olan kremlər və s. kosmetik
vasitələr allergiyaya səbəb ola bilər. Bunun nəticəsində qaşlar və
kirpiklər tökülməyə başalayır. Göz nahiyəsinə vurulan kosmetik
vasitələrdən, kremlərdən imtina edin və orqanizmin reaksiyasına baxın.



- Kirpiklərin uzadılması. Bu prosedura zamanı təbii kipriyin
üzərinə süni və ya təbii tükcük yapışdırılır. Bir müddət qadın çox
caxibədar görünür. Lakin süni kirpiklər çıxarıldıqdan sonra məlum olur
ki, qadının öz kirpiklərinə ciddi ziyan vurulub - onlar nazilib,
seyrəlib, tökülür. Beləliklə, bu proseduraya müraciət etdikdən əvvəl
yaxşı fikirləşməlisiniz. Kirpikləriniz zəif və nazikdirsə, bu
proseduradan ümumiyyətlə imtina edin.



- Dəri altı gənələr (demodekoz). Bu mikroskopik gənələr tük
follikuluna daxil olur, burada iltihaba səbəb yaradır ki, nəticədə
qaşlar və kirpiklər tökülür. Bu xəstəliyi dermatoloq müalicə edir.



- Qalxanvari vəzi funksiyalarının pozulması. saçların və həmçinin qaş və kirpiklərin tökülməsinə səbəb ola bilər.



- Güclü stress. saçların və həmçinin qaş və kirpiklərin tökülməsinə
gətirib çıxarda bilər. Nevropatoloqa müraciət edin, lazım olan müalicə
alın.



- Göz qapağının iltihabı. olan blefarit kirpiklərin tökülməsinə
səbəb olur. Blefarit zamanı qöz qapağı ödemləşir, qızarır, qaşınır,
insan işığa baxa bilmir. Bu pozulmanı oftalmoloq müalicə edir. Xəstəlik
müalicə olunduqdan sonra kirpiklər bərpa olunur.



- Autoimmun pozulmalar. Bu pozulmalar zamanı insanın immun sistemi
orqanizmin öz sağlam hüceyrələrini məhv etməyə başlayır. Bu saç,
kirpiklər, qaşlar da ola bilər. Bu xəstəliklər çox çətinliklə müalicə
olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!