Qadınlar Kate Middleton burnundan düzəltdirir

Qadınlar Kate Middleton burnundan düzəltdirir
Gözəllik sirləri
10.09.2017 22
İngiltərə
hersoginyası Kate Middleton istər saçlarıyla, istər stili ilə və hətta
gəlinliyi ilə belə  bir çox qadının təqlid etdiyi biridir. Amma onun
yaratdığı trendlərdən biri inanılmaz dərəcədə təəccüblüdür.

Dünyanın ən sevilən simalarından biri Kate Middletonun ən çox qısqanılan və təqlid edilən xüsusiyyətlərindən biri burnudur. 

Cərrahlar da söyləyir

Qadınlar
son illərdə, xüsusilə ABŞ və İngiltərədəki cərrahlardan istədiyi şey
burunlarının Kate Middleton kimi olmasıdır. Şahzadə Vilyamın gözəl
xanımı Kate qiyafətləri, yaşıl gözləri, duruşuyla çox təqlid edilən bir
qadındır. Katenin başlatdırdığı bu cərəyan haqqında İngiltərənin məşhur
plastik cərrahı Maurizio Persico bu halın normal olduğunu onun üzüylə
tənasüb, şirin və mükəmməl bir burnu olduğunu vurğulayır. 



Kral ailəsinə yaraşan bir burun

Qadınlar
estetik cərrahlarına müraciət edərkən kral ailəsinə mənsub, güclü və
kübar bir qadının burnuna sahib olmaq istədiklərini söyləyirlər.
Qadınların bunu ən çox istəmə səbəbləri isə Middletonun burnunun təbii
görünməsi və dodaqları ilə burun ucunun simmetrik olmasıdır. 



300
burun haqqında təcrübə aparan Abraham Tamirin 2011-ci ildə söylədiyi
təcrübənin nəticələrinə görə Kate Middleton və ingilis futbolçu Rayne
Rooneyin burunu estetik baxımından ən gözəl burun olaraq tanımışdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!