Tuj fırçasına badam yağı damcıladın

Tuj fırçasına badam yağı damcıladın
Gözəllik sirləri
10.09.2017 35
Tujlar ən həssas kosmetik vasitələrdən hesab olunur. Həmçinin tuj
fırçaları daha sürətli quruyur. Ondan istifadə etməzdən əvvəl fırçanı
bir neçə dəfə içərisinə doğru itələyib geri çəkirik. Elə zənn edirik ki,
beləcə fırçaya daha çox maye gəlir. Əslində bu cür hallar fırçanın daha
tez qurumasına səbəb olur. Çünki, hava vasitənin içərinə təzyiqlə daxil
olur. Tujdan istifadə edəndən sonra yaxşı bağlamamaq da qurumasında çox
təsirlidir.



Quruyan tuj fırçalarını yumşaltmaq üçün onun uc hissəsinə badam
yağı, hind qozunun yağını və ya bir neçə damçı ilıq su damladıla bilər.
Həmçinin gözlər üçün nəzərdə tutulan kremdən də bir az götürüb fırçanın
ucuna vura bilərik. Bundan əlavə tuju yaxşıca bağladıqdan sonra isti
suya salıb bir az saxlamaqla da fırçanın yumşalmasına nail ola
bilərsiniz.



Göz karandaşlarınızı da uzun müddət istifadə etmək üçün də müxtəlif
üsullar seçə bilərsiniz. Məsələn, əgər karandaşı soyuducuya qoyub sonra
istifadə etsəniz göz karandaşınızın ömrü uzatmış olarsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!