Cavanlıq sirri qulaq arxasında gizlənib

Cavanlıq sirri qulaq arxasında gizlənib
Gözəllik sirləri
10.09.2017 29
İnsanlar bu gün qocalmaq istəmir, yaş artdıqca hər kəs gənc və təravətli görünməyi arzulayır.

Sağlam qidalanma, o cümlədən, düzgün həyat tərzi bizi məqsədimizə doğru yaxınlaşdırır.

Estetik
cərrahlar isə daha fərqli üsullar təklif edir. Bu gün tibb dünyasında
baş verən yeniliklər sayəsində illərə meydan oxumaq mümkündür. Artıq
insanların yaşını xarici görünüşünə baxmaqla müəyyən etmək olmur.



Türkiyə
mətbuatı xəbər verir ki, qulaq arxasından alınan bir parça toxumanın
laboratoriya şəraitində çoxaldılması ilə əldə edilən fibroblast üsulu
ilə 10 yaş cavanlaşmaq mümkündür. Son illərdə tətbiq edilən fibroblast
inyeksiyaları dərinin gənc və sağlam hüceyrələrini şəxsə geri verərək
yeni kollagen sintezini həyata keçirən müalicə üsuludur.

Türkiyəli dermatoloq Eylem Acar məsələ ilə bağlı müsahibə verib. Həkim-dermatoloqun müsahibəsini təqdim edirik:

- Fibroblast müalicəsi nədir?

-
Son zamanlar, başda Avropa ölkələri olmaqla, estetik cərrahlar
fibroblast inyeksiya metoduna üstünlük verir. Fibroblast qulaq
arxasından alınan bir parça toxumanın laboratoriya şəraitində
çoxaldılması ilə əldə olunan üsuldur. Çoxaldılan toxumalar dəriyə
inyeksiya üsulu ilə təkrar yeridilir. Bu hüceyrələr kollagenləri
sintezləşdirərək, dərinin yenidən təravətli görünməsini təmin edir.

- Bu üsul dərini necə təravətləndirir?

-
Qocalan dəri həm kollagen, həm də maye və hüceyrələrini itirir. Hüceyrə
itkisindən dolayı, dərinin maye saxlamaq qabiliyyəti də (nəm tutumu)
aşağı düşür. Maye azaldığı üçün dərinin parıltısı da yox olur və o,
yavaş-yavaş sallanmağa başlayır. Məsələn, uşaq dərisinin su saxlama
qabiliyyəti yüksəkdir, fibroblastla kollagenlər yenidən canlanır. Bu da
dərinin itmiş parıltısını özünə qaytarır.

- Bu, kök hüceyrələrin köçürülməsi kimidir?

-
Fibroblastlar bir növ kök hüceyrədir. Lakin fibroblastlar dərinin
yetişmiş (yeniyetmə) kök hüceyrələridir. Bədəndəki bütün hüceyrələr
başlanğıcda fibroblast olur. Somatik hüceyrə olduğu üçün bunun tətbiq
edilməsi bir növ kök hüceyrə üsulu ilə oxşardır.

- Fibroblast nədir?

-
Fibroblastlar orqanizmin birləşdirici toxuma hüceyrələridir. Yastı,
uzun, ya da oval olurlar. Birləşdirici toxumanın əsas maddəsi olan və
yaraların sağalması funksiyasını yerinə yetirən kollagenlər zülal
istehsalından da məsuliyyət daşıyan hüceyrələrdir.

- Hansı nahiyələrdə istifadə edilir?

-
Bu üsulla üzdəki qırışları və çatları aradan qaldırmaq, dodaqları
formalaşdırılmaq, sızanaq izlərini, hətta uzunmüddətli dəri yaralarını
müalicə etmək mümkündür. Bu zaman şəxsin özünə aid canlı alt dəri
hüceyrələri, yəni fibroblastlardan dolğu maddəsi kimi istifadə edilir.
Bu üsul əsasən göz ətrafı qırışlarda, dodaq kənarlarında istifadə
olunur. Bundan başqa, dazlaşmanın müalicəsində də istifadə edilir.

- Kimlərə tətbiq oluna bilər?

- Bu üsulu hər kəsə asanlıqla tətbiq etmək olar. Xüsusilə, 30-55 yaş arası dəri əməliyyatlara daha tez reaksiya verir.

- Hətta diabet xəstələrində də istifadə edilə bilərmi?

- Bəli. Bu üsul diabetik yaraların sağalmasında da müalicəvi təsiri ilə tanınır.

- Biopsiya necə aparılır?

-
Bu üsulun tətbiqində xəstənin qulaq arxasından 2 mm səviyyəsində toxuma
nümunəsi "biopsiya" alınır. Alınan biopsiya ilə müasir laboratoriya
texnologiyaları şəraitində fibroblast hüceyrələr çıxarılır. 4 həftədən
sonra fibroblast hüceyrələr tətbiqə hazır
hala gətirilir. Tətbiq 3 seansdır və hər seansda xəstənin dərisinə
çoxlu sayda fibroblast hüceyrəsi yeridilir. Bu sahədə dəriyə inyeksiya
edilən gənc və təzə fibroblast hüceyrələr həmin bölgədə fəaliyyətə
keçərək kollagen və elastin istehsal edir. Dəridə güclü fəaliyyət
göstərər onun cavanlaşdırır.

- Digər üsullardan fərqi nədir?

-
Digər dolğu maddələrindən ən mühüm fərqi təsirinin uzun müddət davam
etməsidir. Bu xüsusiyyətinə görə, ona yaxşı sərmayə də demək olar. Dolğu
maddələrinin əksinə, fibrobastlar insanın öz hüceyrələrindən əldə
edildiyi üçün insan bədəninə yad cisimlər daxil olmur. Beləcə, onun
təbii gözəlliyi ortaya çıxır. Əks təsirləri olmadığı üçün də təhlükəli
deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!