Qreys Kellidən qadınlara 10 dəyərli məsləhət

Qreys Kellidən qadınlara 10 dəyərli məsləhət
Gözəllik sirləri
10.09.2017 103
Tarix
boyu bir çox ulduz yalnız cazibәdarlığı vә gözәlliyi ilә deyil, hәm dә
zövqlü geyimlәri ilә yadda qalıb və hәr biri stil ikonası adlandırılıb.
Onlardan bәzilәri çoxdan dünyasını dəyişsə də, bir çoxu hәlә dә
dizaynerlərin ilham mənbəyi olaraq qalır.

 

Hollivudun әn gözәl aktrisalarından biri olan Monako şahzadәsi Qreys hәmişə zәrif görünmәyi bacaran xanımlardan olub.

 

Monako
knyazı III Renyenin xanımı və Alfred Xiçkokun muzası olan Qreys
Kellinin səsləndirdiyi ən parlaq fikirləri təqdim edirik.

 

*Saç
düzümü və məğrur görkəm yalnız şahzadə üçün deyil, hər bir qadın üçün
vacibdir. Əgər bu, sizə çətin və yorucu gəlirsə, onda səfeh qadın yolunu
seçmək həmişə mümkündür.

 

*Zərif
və həssas görünməyə utanmayın. Kövrək qadınları qorumaq kişilərin
təbiətindədir, axı güclü insan özü-özünü müdafiə edə bilər. Kişilərdən
yardım istəməyə və bir qədər zəif görünməyə qorxmayın.

 

*Mən
ağacların arasında, meşə cığırları ilə və sahil boyu gəzməyi sevirəm.
Tək qalmaq və özümü təbiətin bir hissəsi hiss etmək xoşuma gəlir.
Tənhalıq hər bir insana lazımdır. Bu zaman enerji yığırsan. İnsanın özü
ilə tək qalması bir növ terapiyadır.

 

*Mirvari - qiymətli daşların kraliçası və kraliçaların ən qiymətli daşıdır.

 

*Mən feministəm və düşünürəm ki, qadınlar etmək istədikləri hər şeyi etməyə qadirdir.

 

*Uşaqlarla böyük insanlar kimi rəftar edin, axı onların da öz hüquqları var. Uşaqların hisslərinə və meyllərinə hörmət edin.

 

*Atamın həyata baxışı  çox bəsit idi: siz elə-belə heç nə əldə etmirsiniz. Hər şey əzmkarlıq, namus və zəhmətlə qazanılmalıdır.

 

*Qəzəb və hiddət heç bir problemi həll edə bilməz.

 

*Adam özünü necəsə təqdim etməlidir, yoxsa həyatınız jurnal maketindən fərqlənməyəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!