Gözəl qocalmaq xüsusi istedaddır

Gözəl qocalmaq xüsusi istedaddır
Gözəllik sirləri
10.09.2017 9
İndi
öz yaşını gizlətmək "dəb” halını alıb. Lakin gözəlliyini qoruyub
saxlayan tanınmış ulduzlar yaşlarından qətiyyən narahat deyil. Bu
qadınların yaşa olan münasibəti də fərqlidir.

 

Salma Hayek, 49 yaş:

"İyirmi
yaşım olanda qocalmaqdan yaman qorxurdum. Amma sonra başa düşdüm ki,
istənilən yaşda gözəl görünmək  olar. 50 yaşda biz hələ çox gəncik".

 

44 yaşlı aktrisa Anastasiya Zavarotnyuk:

"Xarici
görünüşünüzə daha çox vaxt ayırın, baxımlı olun.  Onda hamı sizin
gözəlliyinizdən danışacaq. Özünüzə xərclədiyiniz vaxt və qulluq heç
zaman boşa getmir. Bu, sizin əhval-ruhiyyənizə də təsir edir”.

 

57 yaşlı aktrisa Şeron Stoun:

"Gənc olmaq darıxdırıcıdır. Mən həmişə yetkin qadın olmaq istəyirdim.

 

51 yaşlı Sandra Ballok:

"Özümü
30 yaşında hiss edirəm, amma sözsüz ki, indi daha ağıllı, daha
təcrübəli  və daha çox şeyə nail olmuşam. Mənim həyatım o qədər gözəldir
ki, ötən illərimi heç vaxt geri qaytarmaq istəmişəm. Hətta buna görə
çoxlu pul versələr belə...”.

 

50 yaşlı aktrisa Kristin Devis:

"Plastik
əməliyyat etdirməkdən qorxuram. Axı ondan sonra özünə oxşamayacaqsan. 
Yaxşı görünmək istəyirsinizsə, sadəcə, 3 kq arıqlayın və saç düzümünü
dəyişin”.

54 yaşlı aktrisa Culiana Mur:

"Əlli
yaş xüsusilə vacibdir, çünki o yaşda artıq bir çox şeyi yaşamısan. Bu
səbəbdən, biz vaxtı daha çox qiymətləndirməyə başlayırıq. Digər
tərəfdən, indi qadınlar daha çox yaşayır, gec yaşda ana olur, təqaüdə
çıxmaq əvəzinə uğurlu karyeradan ləzzət alırlar".

 

48 yaşlı aktrisa, rejissor və ssenarist Renata Litvinova:

"Qadınlar
üçün qocalmaq əsl dramdır. Gözəl qocalmaq isə xüsusi istedaddır. Bu
faktı qəbul etmək və öz üzərində işləmək lazımdır".

 

49 yaşlı aktrisa Holli Berri:

"Qırx
yaşına yaxın anlamağa başlayırsan ki, xoşbəxtlik özündən asılıdır. Buna
görə də, onu hər yerdə axtarmağa son qoydum. Əksinə, onu artıq hər
yerdə görməyə başladım”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!