Sevgililər günündə ətir hədiyyə etmək istəyənlər mütləq oxusun!

Sevgililər günündə ətir hədiyyə etmək istəyənlər mütləq oxusun!
Gözəllik sirləri
10.09.2017 10
Sevgililər
gününə az bir zaman qalıb. Bütün dünyada sevgililərin sevinclə
qarşılaşdığı bu bayrama hazırlaşmağın əsl vaxtıdır. Bayramın
sevgilinizin yaddaşında silinməz iz qoyması üçün romantik sürprizlərlə
yanaşı, alacağınız hədiyyə də əhəmiyyət kəsb edir.

 

Statistika göstərir ki, bu bayramda sevgililər adətən, bir-birilərinə ətir bağışlayır. Ancaq hər ətri hədiyyə etmək olmaz.

 

Bəs doğru ətri necə tapmaq olar?

Ətriyyatçılar
hədiyyə etmək məqsədilə ətir seçilərkən həmin şəxsin dəri rəngini,
həyat tərzini və xarakterini nəzər almaq lazım gəldiyini bildirir. Əks
halda, hədiyyəniz bəyənilməyəcək.

 

Sarışınlara vanil və zambaq, qumrallara çiçək və ədviyyat, qaraşınlara isə gül və yasəmən qoxusu yaraşır.

 

Sevgiliniz
enerjili, ünsiyyətcil, aktiv həyat tərzini sevən insandırsa, ona əsas
notlarında meyvə qoxusu olan ətir hədiyyə edə bilərsiniz. Xüsusilə də,
sitrus meyvələrinin qoxusu onun xoşuna gələcək.

 

Həssas,
təklikdə vaxt keçirməyi sevən sevgiliyə isə zambaq, xanıməli kimi zərif
çiçək qoxuları ilə diqqət çəkən ətirlər hədiyyə edilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!