Gözəlliyə və cavanlığa gedən yol mədədən keçir

Gözəlliyə və cavanlığa gedən yol mədədən keçir
Gözəllik sirləri
10.09.2017 5
Gözəlliyə və cavanlığa gedən yol mədədən keçir. 



Bu, zarafat deyil. Düzgün tərtib edilmiş menyu dərinin parıltılı, saçların isə sağlam olmasını təmin edir. 



Cavan görünmək istəyən xanımlar üçün faydalı yay tərəvəzlərinin siyahısını təqdim edirik. 



Çox
yemək nəinki artıq çəkiyə səbəb olur, həm də vaxtından əvvəl qocalmağa
gətirib çıxarır. Bunun qarşısını almaq üçün gündəlik qida rasionuna
faydalı vitaminlər və bəsləyici maddələrlə zəngin ərzaq məhsulları daxil
etmək kifayətdir. Alimlərin apardığı araşdırmalar zamanı məlum olub ki,
zərərli qidalardan uzaq durduqda 2 həftə sonra dəri inanılmaz dərəcədə
dəyişir və yaxşılaşır. Bir sözlə, gözəllik naminə pəhriz saxlamaq
şərtdir. 



Günəbaxan
yağı kosmetika sənayesində geniş istifadə olunur. Onun tərkibi A və E
vitaminləri, güclü antioksidantlarla zəngindir. A və E vitaminləri
dərini sərbəst radikallardan qoruyur və onun təbii baryerini
möhkəmləndirir. Salatlara bir qaşıq əlavə etmək kifayət edir. 



Soğanın
tərkibində olan selen maddəsi saçlara müsbət təsir göstərir. Öz
növbəsində selen dərini sərbəst radikallardan qoruyaraq qırışların
yaranması prosesini ləngidir. Ona görə də soğandan mümkün qədər tez-tez
istifadə edin. 



Mal
qaraciyəri - A vitamini ehtiva edir və dərinin regenerasiyası
proseslərində iştirak edir, həmçinin В2, В5, В6 vitaminləri və selen saç
və dərinin ən yaxşı dostlarıdır. Qaraciyər həmçinin, antioksidant
xüsusiyyətlərə malik mis və sinklə zəngindir. Həftədə bir və ya daha çox
yeməyə diqqət edin. 



Qarağat
damarları möhkəmləndirir, üzdə və ayaqlarda partlamış kapillyarı bərpa
edir, eyni zamanda yaranmasının qarşısını alır. Tərkibindəki böyük
miqdarda C vitamini isə dərinin gözəlliyini qoruyub saxlayır. Üstəlik,
möcüzə-giləmeyvə göz və böyrək sağlamlığının da qayğısına qalır. Nə
qədər istəsəniz, yeyə bilərsiniz. 



Yerkökü
beta-karotinlə zəngindir. Beta-karotin melanin istehsalını
stimullaşdıraraq dərini qocalmağa qoymur. Yerkökündə olan selen
orqanizmi və hüceyrələri günəş şüalarının mənfi təsirindən müdafiə edir.
Ən azı gündə bir ədəd yeməlisiniz. 



Soyanın
tərkibindəki omeqa3, yağ turşuları və sink dərinin vəziyyətini
yaxşılaşdırır. Klimaks dövründə xüsusi ilə faydalıdır. Tərkibindəki
maqnezium klimaks zamanı yaranmış stress ilə mübarizə aparır. Gündə
təxminən 100 qram yeyilməlidir. 



Bibər
- C vitamini anbarı olan bu tərəvəz flavonoidlərin fəaliyyətini
gücləndirir. Onlar kollagen və kapillyarları bəsləyirlər. Bibərdə olan
beta-karotin də qocalma prosesini ləngidir. Nə qədər istəyərsinizsə,
yeyə bilərsiniz. 



Gözəl saçlar və dırnaqlar 



Silisiumla
zəngin məhsulları (bütöv dənli bitkilər, yarmalar, kərəviz) qida
menyusuna mütləq daxil etmək lazımdır. Bu element saçları və dırnaqları
möhkəmləndirir, dərinin də qeydinə qalır. 



Tez-tez
kəpəkli çörək, gül kələm, noxud və ya göbələk yeyin. Onlarda saçlara
təbii parıltı verən biotin var. Qida rasionuna taxıl, yumurta, ət,
göyərti və tərəvəzlər daxil etməyi unutmayın. 



Hamar dəri 



Əgər
üzünüzdə kapillyarların görünməsini istəmirsinizsə, sitrus, bibər və
qarabaşaq sıyığı yemək zamanıdır. Bu məhsullarda bioflabonoid olduğu
üçün xırda qan damarlarını möhkəmləndirir. 



Çapıq və yaralardan xilas olmaq üçün E vitamini ilə zəngin qidalara üstünlük verin. 



Dərinin
gec qırışması üçün mümkün qədər tez-tez dəniz məhsulları yeyin. Balığın
tərkibindəki böyük miqdarda omeqa 3 yağ turşuları dəriyə əhəmiyyətli
dərəcədə müsbət təsir göstərir. 



Daha
çox meyvə (gavalı, kişmiş, üzüm) yeyin. Hərdən bir qırmızı şərab için.
Ondakı polifenollar qırışların yaranmasına səbəb olan azad radikallarla
mübarizə üçün ən yaxşı vasitələrdir. 



Süfrənizdən
qırmızı, sarı meyvə və tərəvəzi əskik etməyin. Onlar sərbəst
radikalların fəaliyyətini ləngidir. Ərik və ya manqo da dərinin cavan
qalmasını uzatmaq üçün ən effektli meyvələrdir. 



Zeytun, badam və qoz yağı da dərini cavanlaşdıran E vitamini ilə zəngindir. Onları yeməklərə əlavə edərək yeyin.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!