Depo mezoliftinqi

Depo mezoliftinqi
Gözəllik sirləri
10.09.2017 14
Üz mezoterapiyası (mezoliftinq) dərini yeniləyən, qırışıqlıq və sallanmalarda təsirli olan təbii və faydalı bir üsuldur. Bu üsulda maddələr dərinin altına kiçik iynələrlə tətbiq olunur. Bu faydalı maddələrin bilavasitə dəriyə verilməsi və dərinin oyandırılması kollogen və elastiki liflərin sintezini artırır, dəridə nəmlənmə artır və dəri yenilənir. Kiçik miqdarda yerli tətbiq olunduğu üçün dəri qisa zamanda təsirli maddələrdən faydalana bilir. Əlavə təsirlərin olması ehtimalı azdır.



Mezoliftinqin tətbiq sahələri:

 - Solğun və parlaqlığını itirmiş dəri

 - Dəri elastikliyinin itirilməsi və sallanma

 - Dərinin yaşlanmasının qarşısını almaq

 - Üzün yorğun görünməsini aradan qaldırmaq

 - Siqarət çəkənlərdə dəri zədələnməsini əngəlləmək və müalicə etmək

 - Yay aylarında günəş şüalarının zərərlərinə qarşı profilaktika

 - Günəş şüalarından zərər görmüş dərini bərpa etmək

 - Ləkələrə qarşı digər müalicə üsulları ilə bərabər

 - Sızanaq izi, yara və yanıq izi müalıcəsi ilə bərabər



Üz mezoterapiyasında tətbiq olunan əsas maddələr:

 - Hialuron turşusu

 - Mis – Dimetilaminetanol

 - Lidokain

 - Maqnezium

 - Selen

 - Vitamin A

 - Vitamin B1, B2, B3, B5, B6

 - Vitamin C

 - Amin turşular

 - Nuklein turşuları

 - Glutation



Mezoterapiyadan qabaq üz təmizlənir və dezinfeksiya edilir. Prosedurdan yarım saat əvvəl keyidici krem çəkilə bilər. Preparat incə iynələrlə dəriyə yeridilir. Mezoliftinqdən sonra dəri yenilənmiş görünür, elastikliyi artır və sallanması azalır. Seanslar başlanğıcda 1-4 həftəlik fasilələrlə tətbiq olunur. Ortalama 4-6 ay sonrası 3-6 ayda bir təkrarlana bilər. Nəticə 2ci seansdan sonra görünməyə başlayır. Müalicə bitdikdən sonra dəri yenilənməyə davam edir.



Əks göstərişlər:

 - Hamiləlik

 - Süd vermə

 - Dəridə aktiv infeksiya

- Tətbiq olunan maddələrə qarşı allergiya



Bundan əlavə həddən artıq sallanmış dəridə, dərin izlər və ləkələrdə ilk və tək müalicə üsulu kimi tətbiq oluna bilməz. Digər müalicə üsulları ilə birgə istifadə olunması daha düzgündür. Mezoliftinqdə fəsadlar olmur. Prosedurdan bir gün sonra kiçik göyərmələr ola bilər, bu makyajla örtülə bilir. Nadirən allergiya və ya infeksiya ola bilər ki bu hallar da asanlıqla müalicə olunacaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!