Üz gəncləşdirmə

Üz gəncləşdirmə
Gözəllik sirləri
10.09.2017 5
Qocalmanın ve ağırlıq qüvvəsinin yaratdığı həcm itkisi özünü bədənimizin bir çox yerlərindəgöstərir. Bunlardan ən çox diqqət çəkən üz nahiyəsidir.Yaş artdıqca üzümüzdə əmələ gələn çökəkliklər, dərin oyuqlar, üz dərisinin keyfiyyətinin azalması  bahalı kosmetik kremlər istifadə etməyizə baxmayaraq əngəllənmir və bizi narahat etməyə başlayır.Yağ inyeksiyası üzümüzdə yaranan bu çökəklikləri düzəltməkdə, qocalıq əlamətlərini itirməkdə  bizə kömək olur.Bu üsulplastik cərrahiyyənin bir çox sahələrində istifadə olunur. Yağ inyeksiyası məntiqi əslində düşündüyümüzdən daha qarışıqdır. Çünkibiz yağ vuran zaman eyni zamanda vurduğumuz nahiyənin dərisinin keyfiyyətini də yaxşılaşdırırıq. Bu müdaxilə üçün lazım olan yağ bədəndə piyçox olan yerdən alınır. Beləki istəmədiyiniz nahiyədəki piylərdəndə bu müdaxilə zamanı eyni anda qurtula bilərik. Yağ inyeksiyası üçün lazım olan yağı qarından, buddan, qoldan, beldən və s. kimi nahiyələrdən alıb, istədiyiniz nahiyələrə vura bilirik. Bu bir növ yerdəyişmə olsa da istəyimizə uyğun şəkildə olan yerdəyişmədir.Nəticə uzun ömürlü və təbii görünüşdür. Özəlliklə üz nahiyəsində istifadə olunan dolqularla müqaisədə daha təhlükəsiz, daha uzunömürlü və daha ekonomikdir. Amma bəzi hallarda 100% nəticə əldə etmək üçün bu müdaxiləni təkrarlamağa ehtiyac olur.

Bizimlə olan ilk konsultasiya  çox vacibdir. Konsultasiya zamanı bizə şikayətlərinizi  və istəklərinizi aydın şəkildə bildirin. Yalnız belə olarsa biz sizin nə istədiyinizi doğru şəkildə dəyərləndirib, bunun cərrahi müdaxilə ilə mümkün olub olmayacağını əməliyyatdan öncə sizə deyə bilərik. Konsultasiya vaxtı  eyni zamanda sağlamlığınızla bağlı problemləriniz varsa bunu da cərrahınıza bildirməlisiniz. Bəzən daha gözəl nəticə əldə etmək üçün sizə başqa müdaxilələr də təklif oluna bilər.

Yağ inyeksiyası əməliyyatı vena daxili narkoz altında həyata keçirilir. Əməliyyat zamanı yağ alınacaq bölgədə 0.5 sm-lik dəliklər açılaraq, konyula adlandırılan nazik uzun borularla yağlar alınıb, xüsusi işləmdən keçirildikdən sonra istədiyiniz nahiyələrə vurulur. Yağlar iynələrin köməyi ilə vurulduğu üçün iz qoymur. Pasient stasionarda 2 saat dincəldikdən sonra evə buraxılır. Klinikada cəmi 3 saat vaxt keçirir.

Yağ inyeksiyası hər gün dahada populyarlaşır. Bu plastik cərrahların ən çox istifadə etdiyi dolqu növüdür. Vurarkən təbii görünməsi, uzunömürlü olması, təbii olduğuna görə ağırlaşmaların daha az olması, ekonomik olması bu müdaxilənin istifadəsini artırır. Ən böyük özəlliyidə məhz insanın öz toxuması olduğu üçün digər dolqularda olanallergik reaksiyaların olmamasıdır. Yağ inyeksiyası eyni zamanda əl gəncləşdirilməsindədə uğurla tətbiq olunur.



Günel Bayramlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!