Ayaq şəkilləndirilməsi

Ayaq şəkilləndirilməsi
Gözəllik sirləri
10.09.2017 29
Qadın gözəlliyini qiymətləndirərkən ilk diqqət olunan yerlərdən biridə ayaqlardır. Incə və düz ayaqlar qadın gözəlliyinin önəmli hissəsidir.

Ayağın estetik görünüşü müxtəlif səbəblərdən pozula bilər. Bu səbəblər anadangəlmə və qazanılma olur. Eyni zamanda bu eybəcərliklər həm sümükdən, həmdə yumşaq toxumalardan qaynaqlana bilər. Biz plastik cərrahlar ayağın yumşaq toxumalarında olan problemlərin çox hissəsini həll edə bilirik.

Beləki  ayaqda olan eybəcərliklər ayağın həddən artıq kök və ya arıq olmasından, ayaqların asimmetrik olmasından, əyri görünüşündən ibarətdir.

Ayaqların kök olması özünü bud nahiyəsində, diz nahiyəsində, baldırda və ayaq biləklərindəgöstərə bilir. Bu problemi liposaksiya əməliyyatı ilə asandlıqla aradan qaldırmaq olar.  Əməliyyat ortalama 1-2 saat davam edir. Çıxarılan piylərin miqdarından asılı olaraq eyni gün və ya ertəsi gün evə gedə bilərsiniz.

Ayaqda olan arıqlıq piylərin başqa nahiyələrdən alınıb lazımi nahiyələrə vurulması ilə aradan qaldırılır.

Ayaq nahiyəsinin asimmetriyası  liposaksiya və yağ inyeksiyası əməliyyatlarının kombinasiyası iləbərpa edilir.

Bizimlə olan ilk konsultasiya  çox vacibdir. Konsultasiya zamanı bizəşikayətlərinizi və istəklərinizi aydın şəkildə bildirin. Yalnız belə olan halda biz sizin nə istədiyinizi doğru şəkildə dəyərləndirib, bunun cərrahi müdaxilə ilə mümkün olub olmayacağını əməliyyatdan öncə sizə deyə bilərik. Konsultasiya vaxtı  eyni zamanda sağlamlığınızla bağlı problemləriniz varsa bunuda cərrahınıza bildirməlisiniz.Bəzən daha gözəl nəticə əldə etmək üçün sizə başqa müdaxilələrdə təklif oluna bilər.



Günel Bayramlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!