Popo şəkilləndirilməsi

Popo şəkilləndirilməsi
Gözəllik sirləri
10.09.2017 20
Popo qadın bədəninin bəlkədə ən çəkici nahiyəsidir. Uzun ayaqlar üzərində yerləşən,yuvarlaq, dik duran, yanlara doğru yayılmayan diri bir popo həm qadın, həm də kişilərin xeyalıdır.  Eyni zamanda incə bel, gərgin bir qarın və popo üstü çuxur bu görüntünü tamamlayır.

Popo şəkilləndirilməsi əməliyyatı dedikdə popponu dikləşdirmək, yumrulaşdırmaq, ətrafındakı artıq yağları almaq, popoüstü çuxur əmələ gətirmək, beli incəltmək nəzərdə tutulur. Bu məqsədlə liposaksiya ilə lazımi yerlərdən piylər alınıb, yağ inyeksiyası texnikası ilə istədiyimiz nahiyələrə vurularaq popo şəkilləndirilir. Yağın kifayət etmədiyi hallarda isə silikon protezlər qoyulur.

Popo şəkilləndirilməsi əməliyyatı 18 yaşını tamamlamış, poposundan narazı olan hər kəsdə icra oluna bilər. Pasientlər daha çox poponun sallaq olmasından, yayılmasından, üzərində çökəkliklərin olmasından narazı olurlar.

Əməliyyat ortalama 2 saat çəkir. 1 gün klinikada qalıb ertəsi gün evə gedə bilərsiniz. 1 həftə sonra rahatlıqla iş həyatınıza geri dönə bilərsiniz. Əməliyyatın sonunda geyindirilən korsetin gecə və gündüz çıxarılmaması, 1 ay taxılması şərtdir.  Popoya vurulan piylərin 50%-i  1 ay içərisində sorulur, qalan 50%-i isə ömürlük qalır.

Popo şəkilləndirilməsi əməliyyatının nəticəsinin 70%-i 1 ayın sonunda, 100% -i isə 6 ayın sonunda özünü göstərir.



Günel Bayramlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!