Bədən şəkilləndirilməsi

Bədən şəkilləndirilməsi
Gözəllik sirləri
10.09.2017 17
Biz qarşımızdakı insanın gözəl olub olmamasını dəyərləndirərkən ona bir bütün olaraq qiymət veririk, ayrı-ayrı nahiyələrə diqqət yetirmirik. Bədən şəkilləndirilməsi əməliyyatı bizəbədəni bir bütün olaraq təsəvvür etməyə imkan verir.  Digər estetik əməliyyatlardan fərqli olaraq bu əməliyyatda tək yalnız bir nahiyədeyil, bir neçə nahiyəyə eyni zamanda müdaxilə olunur. Ona görədə estetik nəticə daha sevindirici və daha qaneedici olur.

Bədəndə olan deformasiyalar genetik və ya sonradan yaranmış ola bilər. Məsələn genetik olaraq qadında piylərin paylanması kişi tipli, tam tərsinə kişidəisə qadın tipli ola bilər. Vəya yaşın hər hansı bir dövründə hormonal pozulmalar, hamiləlik, kökəlib arıqlama nəticəsində dərialtı piylərin istənməyən şəkildə toplanması və paylanması mümkündür.

Bədən şəkilləndirilməsi əməliyyatları bədəni bir bütün olaraq nəzərə alıbxoşa gəlməyən nahiyələrin düzəldilməsində kömək olur. Bu, kombinə əməliyyat olub eyni zamanda bir neçə nahiyyəni düzəldərək bədəni yenidən şəkilləndirir.

Bu əməliyyat daha çox liposaksiya və lipofillinq əməliyyatlarının kombinasiyasıdır. Tam qapali şəkildə icra olunan bu iki əməliyyat özlərindən sonra iz saxlamır  və bizəistemediyimiz nahiyələrdəki piyləri götürüb, istədiyimiz nahiyəyəvuraraq bədəni şəkilləndirməyə imkan verir.

Əməliyyat ortalama 2-3 saat davam edir. Əməliyyatın sonunda pasientə korset geyindirilir. Korsetin 1 ay gecə və gündüz bədəndə qalması şərtdir. Bu dərinin sallanmasının və şişkinliyin artmasının qarşısını alır. Bir gün klinikada qalıb ertəsi gün evə gedə bilərsiniz. 1 həftə sonra iş həyatınıza geri dönə bilərsiniz. Bədəndə olan göyərmələr 10 gün içərisində keçib gedir. Şişkinliklərin 50% 2 həftəyə, tamamı isə 6 aya sorulur. Ağrılar ağır idmandan sonra olan əzələ ağrılarına bənzəyir. Ağrıkısici tabletka qəbul etdikdə keçib gedir.



Günel Bayramlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!