Genital estetika

Genital estetika
Gözəllik sirləri
10.09.2017 73
Genital orqanlardaki estetik və funksional pozuntular başqaları ilə asandlıqla bölüşülməyən, eyni zamanda qadının psixologiyasının pozulmasına gətirib çıxaran bir problemdir.Genital estetika genital bölgədə olan anadangəlmə və ya qazanılma deformasiyaların düzəldilməsi məqsədi ilə icra olunan müdaxilələrdir. Genital bölgədəki forma pozulmaları qadınıncinsi həyatına və gündəlik yaşamına mənfi təsirini göstərərək zamanla onun cinsi soyuqluğunu artırır.

Estetik cərrahiyyə qadının xarici genital orqanlarını bərpa etməyə imkan verir. Xarici genital orqanlara - mons pubis dediyimiz göbək altındakı sümük üstü qisim, labia major ( bayırda yerləşən böyük dodaqlar) , labia minor ( içəridə yerləşən kiçik dodaqlar),klitoris ( labia minorların üst bitişmə yeri) daxildir. Bu sadaladığımız nahiyələrdə həm anadangəlmə, həm də qazanılma problemlər yarana bilər. Bu problemlər  daha çox doğuşdan sonra müşahidə olunur.

Bəzi qadınlarda xarici cinsiyyət üzvləri anadangəlmə zəif inkişaf etmiş və ya asimmetrik ola bilər. Özünü tanımağa başlayan gənc qizda bu anomaliyalar ciddi psixoloji problemlərə səbəb ola bilir.

Genital estetik müdaxilələrə  - bu bölgədəki artıq yağların alınması və ya əksinə  həcm azlığı olan nahiyələrə yağların vurulması, sallanmaların götürülməsi,  iç dodaqların kiçildilməsi, bu nahiyənin rənginin açılması, vaginanın daraldılması kimi əməliyyatlar daxildir. Bu əməliyyatlar 18 yaşını tamamlamış xarici genital görünüşündən məmnun olmayan hər qadında icra oluna bilər. Əməliyyat həm yerli, həmdə ümumi anesteziya altında həyata keçirilir. Ortalama 1-2 saat davam edir. Pasient eyni gün evə gede bilər.  İki gün duş qəbul etmək olmaz. Bir neçə gün oturub qalxarkən ehtiyatlı olmaq lazımdır. 6 həftə idman etmək olmaz. 3 həftə cinsi həyat qadağandır.

Genital bölgənin estetik görüntüsünün yaxşılaşması qadının öz güvənini artıraraq, onun cinsi həyatındaəhəmiyyətli rol oynayır.



Günel Bayramlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!