Estetik boyun cərrahiyyəsi

Estetik boyun cərrahiyyəsi
Gözəllik sirləri
10.09.2017 12
Yaş artdıqca həm üzün, həm də boyunun dəri və əzələlərində boşalma, dəridə elastikliyin azalması, xırda qırışların yaranması başlıyır və bu proseslər özünü daha çox boyunda görsədir. Estetik boyun cərrahi əməliyyatı qocalma prosesini dayandırmır, amma dəri və altdakı toxumaların dartılması hesabına daha gənc bir görünüş əldə edilməsində faydalı olur.

Konsultasiya:

Boyun gərmə əməliyyatı hər insana özəl olaraq aparılan əməliyyatdır. Əməliyyatdan əvvəl pasient dəyərləndirilir. Əgər, boyun dərisinin elastikliyi yaxşı olub, amma bollaşması varsa, o zaman əməliyyat göstərişdir. Üzün ümumi görüntüsündə gəncləşmə istənilərsə, o zaman bu əməliyyat başqa əməliyyatlarla eyni zamanda həyata keçirilə bilər.

Məlumat:

Estetik boyun cərrahi əməliyyatı ümumi anesteziya altında aparılır. Narkoz alacağınız üçün, əməliyyatdan əvvəl sağlamlığınızı dəyərləndirmək adına bəzi müayinələrdən keçəcəksiniz. Əməliyyatdan əvvəl şəkilləriniz çəkiləcək. Bu son nəticəni müqaisə etmək üçündür. Əməliyyat ortalama 1.5 saat çəkir. Əməliyyatdan sonra 1 gün xəstəxanada qalmağınız vacibdir. Ertəsi gün rahatlıqla evə gedə bilərsiniz. 2-5 gün ərzində boynunuzda həssaslıq və çox az yanma hissi olacaq.  Sarğılarınız 3 gün qalacaq, açıldıqdan sonra boyun dərisinin daha gözəl oturması üçün xüsusi korset geyindiriləcək. Korsetin 2 həftə taxılması məsləhətdir. 1 həftə sonra iş həyatınıza geri dönə bilərsiniz. Əməliyyat sahəsində göyərmələriniz olacaq. Bunlar 1 həftə-10 gün içərisində azalacaq və gedəcək. Həmçinin şişlərinizdə olacaq, bunlarin 70%-i 1 aya, qalan 30%-i isə 6 aya keçəcək. Son nəticəni 6 ayın tamamında görə bilərik. Yara izləri ilk 3 ay açıq çəhrayı rəngdə olub gözə çarpsada, zamanla solacaq və görsənməyəcək.

Qeyd: Estetik boyun cərrahiyəsinin nəticəsi uzun illər qalıcı olsada, biz qocalmanı dayandıra bilmərik. Zamanla asdığımız və dartdığımız toxumalar yenidən sallanacaq. Bu prosesi gecikdirmək üçün cərrahınız sizə əməliyyatdan əlavə başqa müdaxilələrdə məsləhət görəcək. Doktorunuzun dediklərinə ciddi şəkildə əməl etsəniz əməliyyatın nəticəsindən uzun illər razı qalacaqsınız.



Günel Bayramlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!