Ginekomastiya

Ginekomastiya
Gözəllik sirləri
10.09.2017 11
Ginekomastiya yunan dilindən götürülmüş kəlimədi, tərcümədə "qadın bənzəri məmə” deməkdir.  Kişilərdə sağlamlığa zərər verməyən bu proses,  kişilik mənliyinə toxunduğu üçün diskomfort və güvənsizliyə səbəb olur. Ginekomastiya bir çox insanın düşündüyündən daha çox rast gəlinir. Aparılan tədqiqatlar görstərir ki, kişilərin 40-60 %-da bu problem var. Daha çox hormonal pozğunluqlarda, qara ciyər xəstəliklərində, anabolik steroidlər və bəzi dərmanlar içənlərdə, spirtli içkidən çox istifadə edənlərdə rast gəlinir. Amma çox vaxt sadəcə heç bir səbəb olmadan  genetik bədən quluşuna bağlı olur.

Konsultasiya:Ginekomastiya ilə bağlı müraciət edən kişilərə bəzi müayinələr aparılır. Çünki, bəzən sadəcə dərman müalicəsi verməklə ginekomastiyanı müalicə etmək olar. Ginekomastiyası olan, amma başqa problemləri olmayan kişilərə hər yaşda bu əməliyyat icra oluna bilər. Kişilərdə böyüyən məmənin içərisində 2 toxuma olur: Məmə toxuması və yağ toxuması. Buna bağlı olaraq ginekomastiyanın 3 növü var: Qlandülar tip, Lipomatoz tip, Qarışıq tip. Qlandülar tipdə böyümə məmə toxuması hesabına olur. Lipomatoz tipdə böyümə yağ toxuması hesabına olur. Qarışıq tipdə isə böyümə hər iki toxumanın hesabına olur. Əməliyyatdan əvvəl məmə ultrasəs müayinəsi aparılacaq və hansı toxumanın məmədə üstünlük təşkil etdiyi aşkarlanacaq. Bu əməliyyat texnikasını seçməkdə vacib məqamdı. Beləki, əgər piy toxuması üstünlük təşkil edərsə o zaman liposaksiya etməklə böyümüş məmə kiçildilir. Liposaksiya tam qapalı yolla 2 kiçik dəlikdən içəridə yerləşmiş piy toxumasının vakumla sovrulub çıxarılmasıdır. Əgər, süd vəzi toxuması üstünlük təşkil edərsə, o zaman areola ətrafından aparılan kiçik kəsiklə şişkinliyə səbəb olan mövcud toxuma çıxarılır.

Məlumat: Əməliyyat xəstənin tam yatızdırıldığı ümumi anesteziya ilə həyata keçirilir. Əməliyyat ortalama 1 saat çəkir. Eyni gün evə gedəcəksiniz. Klinikada qalmağınıza ehtiyac olmayacaq. Yara üzərindəki sarğılarınız 2 gün sonra açılacaq. Sarğılar açıldıqdan sonra çimməyinizə icazə veriləcək. 2-3 gün ərzində əməliyyat sahəsində həssaslıq olmağı normaldır. Məmə ucunuzdakı uyuşuqluq zamanla keçəcək.  3-5 gün sonra iş həyatınıza geri dönə bilərsiniz. Üzərinizdə yara yerini dəstəkləmək məqsədi ilə korset olacaq. Bu korsetin 1 ay taxılması vacibdir. 1 ay ağır qaldırmaq, ağır idman etmək, sauna və türk hamamına getmək olmaz. Şişlərin çox hissəsi 1 ay içərisində keçəcək. Tam nəticə 6 ayın tamamında görsənəcək. Bu əməliyyatın nəticəsi ağır piylənmə olmazsa qalıcıdır. Əməliyyatdan 1 ay  sonra idman edərsəniz nəticəniz ideal olacaq.

Qeyd: Bütün cərrahi əməliyyatlarda olduğu kimi bu əməliyyatında ağırlaşmaları ola bilər. Beləki, anestezioliji risk, infeksiyalaşma, qanama, seroma kimi ağırlaşmalar həkiminizin dediyinə ciddi şəkildə riayət edərsəniz, minimaldır. Əməliyyatın ilk günlərindən artıq özünü görsədən nəticə, xəstələrin özgüvəninin armasına səbəb olur.



Günel Bayramlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!