Süd vəzi dikləşdirilməsi

Süd vəzi dikləşdirilməsi
Gözəllik sirləri
10.09.2017 17
Qadın bədənini tamamlayan ən vacib element olaraq qəbul edilən məmə, şəklinə, boyüklüyünə, yerləşməsinə görə zaman keçdikcə bir çox dəyişikliklərə məruz qalır. Dərinin elastikliyi, ağırlıq qüvvəsi, kökəlib-arıqlamaq, hamiləlik və süd vermək məmənin həm şəklinə, həmdə diriliyinə dəyişikliklər yaradır. Həm yaşlandıqca, həm də uşaq sahibi olduqca məmənin içərisindəki məmə toxuması azalır və məmələr incəlməyə başlayır. Bununla əlaqədar məmənin dərisi bollaşır və məmə başı sallanmağa başlayır. Məmə boyutundan narazı olan qadın məmə dikləşdirmə əməlliyyatı ilə daha dolğun və diri məmələrə sahib ola bilərlər.

Məmə sallanmasının yanında həcm itkisindən əziyyət çəkən xanımlara isə məmə dikləşdirmə ilə bərabər məmə protezidə qoyulmaqla süd vəzi  istənilən ölçüyə qədər böyüdülə bilər. Məmə dikləşdirmə əməliyyatı məmənin inkişafinın tamamlandığı hər yaşda icra oluna bilər. Ancaq yadda saxlamaq lazımdır ki, hamiləlik və süd vermək məmənin şəklini pozur. Məmə dikləşdirmə əməlliyyatı hamiləlikdən əvvəldə icra oluna bilər. Bu əməlliyyatda süd vəzisinə çox müdaxilə olunmadığı üçün hamilə qalınırsa, süd verməyə əngəl deyil.

Məmə sallaqlığının 3 dərəcəsi var: Birinci dərəcədə, məmə başı məmə altı çuxurun bərabərində və ya  1 sm altında yerləşir. İkinci dərəcə, sallanmada məmə başı məmə altı çuxurun 1-3 sm altına enmiş olur, amma hələdə önə baxır. Üçüncü dərəcə, sallanmada məmə başı 3 sm-dən də altda yerləşir və aşağıya doğru baxır. Bunlardan başqa, yalançı sallanmada var ki, bu zaman məmə dərisinin sallaq və bol olmasına baxmayayaq məmə başı məmə altı çuxur səviyyəsində olur və önə doğru baxır.



Konsultasiya:

Bizimlə ilk konsultasiyanız çox vacibdi. Bu konsultasiya zamanı sizi narahat edən bütün sualları cərrahınıza verin. Yalnız bu şəkildə sizin əməliyyatdan nə gözlədiyinizi düzgün qiymətləndirə bilərik və bu istəklərinizin cərrahi əməliyyatla mümkün olub-olmayacağını sizə deyə bilərik. Bu əməliyyatdan öncə süd vəzi ultrasəs müayinəsi və bəzi ölçümlər aparılır. Bu ölçmələr əməliyyatın sizin bədəninizə özəl olaraq aparılmasına yardım edəcək. Qadının süd vəzilərinin quruluşu, qadının istəkləri və əməliyyatdan nə gözlədiyini nəzərə alaraq bu əməliyyatın texnikası müəyyənləşdirilir. Əməliyyatın məqsədi məmə başını yuxarı qaldırarkən, eyni zamanda da, daha dolğun və diri məmə şəkli yaratmaqdır. Bu məqsədlə aparılan kəsiklər məmənin təbii qıvrımlarında itirilməyə çalışılır. Məmənin sallanma dərəcəsi artdıqca izlərdə çox qalır.



Məlumat:

Bu əməliyyatda klassik 3 növ kəsik var: Birincisi areola ətrafında, ikincisi areolanın altından məmə altı çuxura qədər uzanan şaquli kəsik, üçüncüsü məmə altı oluqda boyunca uzanan kəsik. Məmə sallanmasının dərəcəsi azaldıqca bu kəsiklərində sayı azalmış olur. Çox vaxt məmə altı çuxur boyunca uzanan kəsiyə ehtiyac qalmır. Məmə dikləşdirmə əməliyyatı qadının tam yatdığı ümumi anesteziya altında aparılır. Əməliyyat ortalama 2 saat çəkir. Əməliyyatdan sonra 1 gün klinikada qalacaqsız. Üzərinizdə süd vəzilərini dəstəkləmək məqsədi ilə süd vəzi korsetiniz olacaq. 1 həftənin tamamında sarğılar çıxarılacaq və siz iş həyatınıza geri dönəcəksiniz. Əməliyyatdan sonra ağrı hissini endirmək üçün sizə mütləq ağrıkəsicilər yazılacaq. Əməliyyatdan sonra 2-5 gün süd vəziləriniz həssas olacaq, bu normaldı. 

Qeyd: 5 gün sonra çimməyə icazə veriləcək. Amma 1 ay ağır qaldırmaq, idman etmək, dənizə getmək, qaralmaq, türk hamamı və saunaya getmək olmaz.



Günel Bayramlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!