Lipofilinq (Yağ inyeksiyası)

Lipofilinq (Yağ inyeksiyası)
Gözəllik sirləri
10.09.2017 14
Qocalmanın və ağırlıq qüvvəsinin yaratdığı həcm itkisi özünü bədənimizin bir çox yerlərində görsədir. Bunlardan ən çox diqqət çəkəni üz nahiyyəsidir. Yaş artdıqca üzümüzdə əmələ gələn çökəkliklər, dərin çuxurlar, üz dərisinin keyfiyyətinin azalması, bahalı kosmetik kremlər istifadə etməyinizə baxmayaraq, yenədə əngəllənmir və bizi narahat etməyə başlayır. Yağ inyeksiyası, həm üzümüzdə, həmdə bədənimizdə yaranan bu çökəklikləri düzəltməkdə, qocalıq əlamətlərini itirməkdə  bizə kömək olur



Konsultasiya:

Yağ inyeksiyası plastik cərrahiyyənin bir çox sahəsində istifadə olunur: Beləki, üzdə yaranan yaşlılıq əlamətlərini itirmək üçün, kiçik olan süd vəzilərini böyütmək üçün, popoya həcm vermək və dikləşdirmək üçün, ayaqda olan əyrilikləri düzəltmək üçün, bədənin müxtəlif nahiyələrində olan çökəklikləri dolurmaq üçün. Yağ inyeksiyası məntiqi, əslində düşündüyümüzdən daha qarışıqdı. Çünki, biz yağ vuran zaman, eyni anda vurduğumuz nahiyyənin dərisinin keyfiyyətini yaxşılaşdırırıq. Bu müdaxilə üçün lazım olan yağ bədəndə çox olan yerdən alınır. Beləki, istəmədiyiniz nahiyədəki piylərdən də bu müdaxilə zamanı eyni anda qurtula bilərik. Yağ inyeksiyası üçün lazım olan yağı qarından, buddan, qoldan, beldən və s. kimi istəmədiyiniz nahiyələrdən alıb, istədiyiniz nahiyələrə vura bilirik. Bu bir növ yerdəyişmədi, amma biz istədiyimiz şəkildə olan yerdəyişmədir. Nəticə: uzun ömürlü və təbii görünüşdür. Özəlliklə, üz nahiyəsində istifadə olunan dolqularla müqaisədə daha təhlükəsiz, daha uzun ömürlü və daha ekonomikdir. Amma bəzi hallarda 100 %-li nəticə əldə etmək üçün bu müdaxiləni təkrarlamağa ehtiyac var.

Bizimlə olan ilk konsultasiya  çox vacibdir. Konsultasiya zamanı bizə rahatsızlıqlarınızı və istəklərinizi aydın şəkildə deyin. Yalnız belə olarsa biz sizin nə istədiyinizi doğru şəkildə dəyərləndirib, bunun cərrahi müdaxilə ilə mümkün olub olmayacağını əməliyyatdan öncə sizə deyə bilərik. Konsultasiya vaxtı, eyni zamanda sağlamlığınızla bağlı problemləriniz varsa bunuda cərrahınıza bildirməlisiniz. Bəzən daha gözəl nəticə əldə etmək üçün, sizə başqa müdaxilələr də təklif oluna bilər.



Məlumat:

Yağ inyeksiyası əməliyyatı həm vena daxili narkoz ilə, həm də ümumi anesteziya ilə həyata keçirilə bilər. Əməliyyat zamanı yağ alınacaq bölgədə 0.5 sm-lik dəliklər açılaraq, konyula adlandırılan nazik uzun borularla yağlar alınıb, xüsusi işləmdən keçirildikdən sonra, istədiyiniz nahiyyələrə iynələrin köməyi ilə vurulur. Yağlar iynələrin köməyi ilə vurulduğu üçün iz buraxmır. Əməliyyatın vaxtı vurulan nahiyyəyə görə dəyişiklik görsədir. Beləki, yalnız üz nahiyyəsinə vurulacaqsa 20 dəqiqə, popoya, süd vəzilərinə və ya ayağa vurulacaqsa ortalama 1 saat çəkəcək. Əməliyyatın sonunda yağ alınan nahiyyələrdə korsetiniz olacaq. Bu korsetlərin 2 həftə ilə 1 ay arası taxılmasında fayda var. Əgər, əməliyyat ortalama 1 saat çəkibsə eyni gün, daha çox çəkibsə səhərisi gün evə gedəcəksiniz. Əməliyyatdan sonra ağrılarınızı azaltmaq məqsədi ilə sizə ağrıkəsicilər vurulacaq. Yüngül halsızlıq isə 4-5 gün içərisində keçəcək. Əgər, yağ inyeksiyası üz nahiyyəsinə vurulubsa 1 həftə-10 gün sonra, əgər bədənə vurulubsa 5 gün-1 həftə sonra iş həyatınıza geri dönəcəksiniz. Əməliyyatdan sonra 2 gün içərisində şişliklərinizin artması normaldı, 3- cü gündən etibarən azalacaqlar. Əməliyyat sahəsində göyərmələriniz olacaq, bunlar 10 gün içərisində itəcəklər. 2 gün sonra duş almağınıza icazə veriləcək.

Qeyd:Yağ inyeksiyası hər gün daha da populyar hala gəlir. Bu plastik cərrahların ən çox istifadə etdiyi dolqu yöntəmidir. Vurarkən təbii görünməsi, uzun ömürlü olması, təbii olduğuna görə ağırlaşmalarının daha az olması, ekonomik olması bu müdaxiləni papulyarlaşdırmışdır. Ən böyük özəlliyidə məhz insanın öz toxuması olduğu üçün digər dolqularda olan allergik reaksiyalar bu müdaxilə ilə olmur. Yağ inyeksiyası eyni zamanda əl gəncləşdirilməsindədə uğurla istifadə olunur.



Günel Bayramlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!