Qalın və gözəl qaşlara sahib olmaq üçün ne etmeli

Qalın və gözəl qaşlara sahib olmaq üçün ne etmeli
Gözəllik sirləri
10.09.2017 24
Qaşlar üz ifadəsinə olduqca çox təsir edir. Bu səbəbdən üz şəklinizə
uyğun qaşlarınız olmalıdır. Ancaq üzünüzə uyğun qaş modelini seçərkən
son illərin dəbini də unutmamalısınız. Son illərin dəbi olan qalın
qaşlara sahib olmaq istəyirsinizsə, bir az çalışmalısınız . Trendlərə
uyğun olaraq qalın, diqqətə çarpan və gözəl qaşlara sahib olmaq üçün
nələr edə biləcəyiniz haqqında yazdıq.



Qaşlarınızı almayın

Əgər qaşlarınızı qalınlaşdırmağa çalışırsınızsa, onlara bir müddət
toxunmamaq lazımdır, ancaq bu bir az çətin ola bilər. Bir müddət
qaşlarınız olduqca dağınıq görünə bilər, ancaq salon görüşlərinizi ləğv
etməyinizdə fayda var. Seyrək qaşlarınızın qalınlaşması üçün bir az
zamana və səbrə ehtiyacınız olacaq.



Peeling edin

Peeling hamar bir dərinin olmazsa-olmazı və qaşlarınız üçün də
peeling-lərdən faydalanmağınız mümkündür. Yumşaq bir diş fırçasıyla
qaşlarınızı yavaşca fırçalayaraq qaş hissəsindəki ölü dəridən xilas ola
bilərsiniz. Bu proses qaşlarınızın sürətli böyüməsində köməkçi olacaq.



Serum və ya vitamidən istifadə edin

Qaşlarınızın daha sürətli və sağlam böyüməsi üçün istifadə edə
biləcəyiniz bir çox serum var. Bu serumlardan birini dəstəkləyici olaraq
istifadə edə biləcəyiniz kimi, ümumi olaraq saçlar üçün də istifadə
edilən bir vitamin olan biotini də seçə bilərsiniz.



Boşluqları doldurun

Qaşlarınızı qalınlaşdırmağa çalışırsınızsa, ən əhəmiyyətli
probleminiz tökülmüş və yerinə çıxmayan qaşlar ola bilər. Ancaq bu
hissələri bir qaş qələmi, ya da kölgə ilə asanca doldurmağınız
mümkündür. Tək etməyiniz lazım olan şey qaşlarınızın rəngiylə uyğunlaşan
rəngdə bir məhsul seçmək və təbii ki, daha diqqətə çarpan qaşlar üçün
bir ton tünd bir məhsul dan istifadə etməkdir.



Qaşlarınızı sabitləyin

Daha əvvəl də söylədiyimiz kimi qaşlarınızı uzadarkən dağınıq bir
görünüşün ortaya çıxması normaldır. Bu dağınıq qaşlardan xilas olmağın
ən təsirli yolu isə bir qaş gelindən istifadə etməkdir. Ancaq qaş gelini
tətbiq etdikdən sonra bir qaş fırçasıyla üstündən keçərək parlaq
görünüşdən xilas olmağı unutmayın.



Örtücüdən istifadə edin

Qaşlarınızı bir qaş qələmi və ya qaş jeli istifadə edərək
şəkilləndirdikdən sonra şəklin xaricində qalan tüklərə toxunmamalısınız.
Bunun əvəzinə şəklin xaricində qalan tüklərin üzərinə örtücü bir məhsul
sürtün. Beləcə, qaşlarınızı daha diqqətə çarpan hala də gətirmiş
olacaqsınız.



Professional birinə müraciət edin

Qaşlarınız kifayət qədər uzandığında və qaş çıxmayan hissələr də
dolduqda artıq qaşlarınızı formalaşdırmağın vaxtı gəlib deməkdir. Bu
müddət qaşlarınızın vəziyyətinə görə bir neçə həftə sürəcəyi kimi bir
neçə ay da çəkə bilər. Amma bu müddətin sonunda qaşlarınızın istədiyiniz
diqqətə çarpan şəklə gəlməsi və dağınıq görünüşdən xilas olması üçün ən
yaxşısı bir professional birinə müraciət edəsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!