Qaşlarınızın qalınlaşması üçün nə etməlisiniz?

Qaşlarınızın qalınlaşması üçün nə etməlisiniz?
Gözəllik sirləri
10.09.2017 25
Bir diş sarımsağı iki yerə bölün, ancaq bıçaq və ya kəsici alətlə yox,
əlinizlə bölməyə çalışın. Bir yarısını bir qaşınıza, digər yarısını isə o
biri qaşınıza alın nahiyəsindən başlayaraq sürtün. Sarımsağı
sürtdüyünüz vaxt qaşınıza yaxşıca sıxaraq sürtün ki, sarımsağın suyu
çıxsın və qaş diblərinizə nüfuz etsin. Bu prossesdən sonra 1 çay
qaşığını zeytun yağını balaca bir qabda isitdikdən sonra qulaq təmizləmə
çöpü ilə qaşlarınıza sürtün. Bunları hər gecə yatmazdan əvvəl
etməlisiniz. Üzünüzü isə səhər duranda yaxşıca yumalısınız ki, gecədən
qalan sarımsaq və zeytun yağı təmizlənsin. Əgər sarımsağın iyi xoşunuza
gəlməsə, sarımsaq yerinə sarımsaq yağı da istifadə edə bilərsiniz.



Makiyajın köməyi ilə qaş qalınlaşdırma üsulu:

Əgər qaş köklərinizdən yeni qaş tükləri çıxmırsa və ya
mənim bunları eləməyə nə vaxtım, nə də hövsələm var deyirsinizsə, xüsusi
qaş qələmindən istifadə edə bilərsiniz. Keyfiyyətli göz qələmi də sizə
kömək ola bilər, ancaq siz yenə də qaş qələmi alın. Qəhvəyi tonlarda
alacağınız qaş qələmi ilə qaşınız arasındakı boşluqları doldurub,
istədiyiniz qalınlıqda çəkərək təbii görünüş əldə edə bilərsiniz. Əgər
qara rəng göz və ya qaş qələmi seçsəniz, qaşlarınız kobud və təbii
görünüşdən uzaq olacaq. Qaş qələmini tüklərin çıxış yönündə və sərt
basaraq deyil, balaca və kiçik toxunuşlarla çəkməlisiniz. Beləliklə,
təbii görünüş əldə edə bilərsiniz.



Qaş konturu ilə qaş qalınlaşdırma:

Qalıcı makiyaj üsulu ilə qaş tatusu da etdirə bilərsiniz.
Xüsusi rənglərlə dəri altına işlənərək edilən qaş tatusu qaşları
qalınlaşdırmaq üçün bir seçim ola bilər. Amma bu üsul təbii görüntü
baxımından bir az uzaqlamış olacaq. Əgər qaşlarınız çox seyrəkdir və heç
yeni qaşınız çıxmırsa, son çarə bu üsul ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!