Soyuq havalarda gözəl görünməyin sirləri

Soyuq havalarda gözəl görünməyin sirləri
Bütün qadınlar üçün gözəl görünmək olduqca vacibdir. Xanımlara soyuq havalarda gözəl görünmək üçün bir neçə təklif hazırlanıb.



Nəmləndirici kremlərdən istifadə edin.

Əl və ayaqlarınıza nəmləndirici krem çəkin. Soyuq havanın dərini daha
da qurutduğu üçün dəri növünüzə uyğun nəmləndirici maskalar tətbiq
edin. Həmçinin dəri növünüzə uyğun gündüz və gecə kremləri istifadə
etməyi də unutmayın



Artıq çəkinizdən azad olun.

Qış geyimləri qalın olduğu üçün sizi olduğunuzdan daha kök göstərir.
Olduğunuzdan daha kök görünmək istəmirsinizsə, dietaya başlamaqda fayda
var. İdmanla məşğul olun, çoxlu gəzin, sağlam qidalanın.



Stressdən uzaq olun.

Stress başdan ayağa qədər bədənə neqativ enerji göndərir və üz
hüceyrələrinizə zərər verir. Ağacı qurd, insanı isə dərd yeyir.
Sızanaqlar, saç tökülməsinin əsas səbəbləri stressdir. Buna görə də
stressdən uzaq durun.



Lazımsız tüklərdən lazer epilyasiyası ilə qurtulun.

Qışda qalın geyindiyiniz üçün tüklərinizin görünmədiyini
düşünürsünüz. Ancaq bununla siz özünüzü aldadırsınız. Tükləriniz
görünməyə bilər, ancaq qadın hər zaman fəsildən asılı olmayaraq baxımlı
olmalıdır.



Saçlarınıza fikir verin.

Qadınların ən əsas aksessuarlarından biri də saçlarıdır. Bütün
qadınlar gözəl və güclü saçlara sahib olaraq əks cinsin nümayəndələrinin
diqqətini cəlb etmək istəyirlər. Yayda qurumuş və codlaşmış saçlarınızı
qış aylarında canlandırmaq üçün maskalardan istifadə edin.скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!