Dərinizi cavanlaşdırmaq üçün 5 təbii müalicə üsulu

Dərinizi cavanlaşdırmaq üçün 5 təbii müalicə üsulu
Gözəllik sirləri
10.09.2017 15
Üzünüzdə yaranan problemlərə qarşı təbii maskalar çox yaxşı effekt
verir. Mütəxəssislər portağal, qatıq və heyva tumu kimi məhsullardan
hazırlanan təbii müalicələrin ləkələri yox etdiyini və gözəlləşdirdiyini
deyir.
Hazır qidalar və soyuq havalar nəticəsində üz dərinizdə bəzi
problemlər yaranır. Mütəxəssislər evdə hazırlanan maskalar ilə ləkə və
sızanaqları aparmaq və qurumuş dərini canlandırmağın mümkün olduğunu
deyirlər.



Qatıq ilə müalicə

Qatığın tərkibində olan süd turşusu ağardıcı təsirə malikdir. Qatıq
eyni zamanda sızanaqların səbəb olduğu qızarıqlıqların da getməsinə
kömək olur. 2 xörək qaşığı qatığa 4-5 damcı limon suyu və bir çay qaşığı
toz halında yulaf qataraq yaxşıca qarışdırın və üzünüzə çəkib 15 dəqiqə
saxlayın. Bu maskanı ləkələr, sızanaqlar yaxşılaşana qədər hər gün çəkə
bilərsiniz.



Heyva tumu ilə müalicə

2 xörək qaşığı heyva tumunu qaynadıb, süzün və həmin su ilə səhər və axşam üzünüzü yuyun.



Portağal ilə müalicə

C vitamini elastin və kollagen maddələri artıraraq sızanaq sonrası
ləkə və yaraların olmasının qarşısını alır. Maskanın ağardıcı təsirinin
yüksək olmasını istəyirsinizsə, yarım stəkan portağal suyuna 1 çay
qaşığı sarıkök əlavə edərək qarışdırın. 20 dəqiqə üzünüzdə saxladıqdan
sonra ilıq su ilə yuyun. Bu maskanı həftədə 2 dəfə edə bilərsiniz.



Limon ilə müalicə

C vitamin ilə zəngin olan limon turşusu ləkələrin aparılmasına kömək
olur. Limonu pambığa batırandan sonra ləkə olan yerlərə sürtün. Təmiz
quruyandan sonra üzünüzü durulayın.



Soda ilə müalicə

1 çay qaşığı soda ilə 2 çay qaşığı suyu qarışdırın. Üzünüzə çəkdikdən
5 dəqiqə sonra durulaya bilərsiniz. Ancaq bunu sızanaqlar olan hissəyə
çəkməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!