Yanaqların qırmızı olması üçün nə etməli?

Yanaqların qırmızı olması üçün nə etməli?
Gözəllik sirləri
10.09.2017 45
Gözəl görünmək hər bir qadının arzusudur. Gözəl üzə sahib olmaq üçün ən
vacib detallardan biri də gözəl yanaqlara sahib olmaqdır. Biz bu
yazımızda yanaqların təbii şəkildə qırmızı olması üçün nələr etməli
olduğunuzu yazmışıq.



Qidalanma

Menyunuzda C və E vitamini ilə zəngin olan sitrus meyvələri və yaşıl
yarpaqlı tərəvəzlər kimi qidalara daha çox yer verin. Süd də dəri
sağlamlığı üçün olduqca təsirlidir. Belə qidalardan istifadə etsəniz,
bir müddət sonra dərinizin rənginin dəyişdiyini və canlandığını
görəcəksiniz.



Maskalardan istifadə edin

Gözəl və sağlam dəriyə sahib olmağın digər bir yolu da maskalardan
istifadə etməkdir. Yarım bananı əzib püre halına gətirdikdən sonra
üzünüzə çəkin, 20 dəqiqə saxladıqdan sonra yuyun. Bundan əlavə xiyarla
edilən maska da dəriyə çox yaxşı təsir edir, göz altındakı şişkinlikləri
və qaralmaları xeyli miqdarda azaldır.



Su için

Qırmızı yanaqlara sahib olmağın təbii üsullarından bir digəri də bol
miqdarda su içməkdir. Su dərinizi içindən nəmləndirərək gümrah və sağlam
olmasını təmin edir.



"Peeling” elətdirin

Davamlı olaraq "peeling” elətdirmək dəriyə çox yaxşı təsir edir.
"Peeling” dərini ölü hüceyrələrdən və toksinlərdən azad edərək təmiz bir
dəriyə sahib olmanıza şərait yaradır. Bunun üçün dükanlarda satılan
"peeling” maskaları və ya evdə qarğıdalı unu və qatığı qarışdırıb
hazırlayacağınız maskadan istifadə edə bilərsiniz.



İdmanla məşğul olun

Voleybol, yerimək, üzmək və ya digər idman növləri yanaqların təbii
şəkildə qırmızı olmasına şərait yaradır. İdman etmək qan dövranını
sürətləndirdiyi üçün dərinin parlaq və sağlam görünməsini təmin edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!