Gözəllik bütün qadınlarda var

Gözəllik bütün qadınlarda var
Gözəllik sirləri
10.09.2017 37
Saçlar qadınları yaraşıqlı edən başlıca amildir. Ancaq saçları qorumaq və düzgün qulluq etmək lazımdır. Əgər saçlarınızın qayğısına qalmaq istəyirsinizsə, aşağıda göstərilənlərin bəzilərini həyata keçirin:

1.
Saçınızı yuyarkən qətiyyən sabundan istifadə etməyin. Çünki sabun saçın
qurumasına və üzərindəki kiçik canlı hüceyrələrin ayrılmasına səbəb
olur.

2. Saçları tez-tez bir yerə toplamaq saç hüceyrələrinin sıxılmasına yol açır və saçlar qırılır.

3. Daraq alarkən dişlərinin mümkün qədər geniş olmasına çalışın.

4. Saçınızı darayarkən nəmli və ya islanmış olmasına diqqət yetirin. Çünki quru saçı daradıqda qırılır.

5.
Quru saçlar üçün 2 xörək qaşığı küncüt, badam və ya günəbaxan yağı
götürün. Sonra 3-4 xörək qaşığı noxud unu hazırlayın. Yumazdan əvvəl
saçınızı seçdiyiniz yağla masaj edin. Sonra qalan yağın üzərinə noxud
unu və bir az da isti su əlavə edərək qarışdırın. Bu qarışığı saçınıza
vurub yaxşıca yuyun. Bitki yağları saçlara canlılıq, elastiklik və pariltı gətirir, ətrafdakı zərərli təsirlərdən qoruyur.

6.
Saçları yuduqdan sonra durulamaq xüsusilə yağlı və kəpəkli saçlarda
möcüzələr yaradır. Başın dərisi qurudursa, bitki mənşəli qarışıqlarla və
ya azacıq alma sirkəsi əlavə edilmiş su ilə durulamaq məsləhətdir.

7. Saçınız
yağlıdırsa, 1 ədəd limonun qabığını sürtgəcdən keçirin və 1 qaşıq nazik
doğranmış cökə və yarım litr su əlavə edərək qarışdırın və qaynama
dərəcəsinə çatana qədər qızdırdıqdan sonra 10 dəqiqə dəmə qoyduqdan
sonra süzün. Sonra 8 ədəd limonun suyu ilə birlikdə hamısını bankaya
töküb çalxalayın və 2 gün saxlayın. Saçınızı yuduqdan sonra 1 litr ilıq
suya həmin mayenin 1/8 hissəsini əlavə edib, saçınızı durulayın.

8. Saçınıza daha çox parıltı vermək üçün qurudarkən feni saçın kökündən uclarına doğru tutaraq qurudun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!