Selülitdən xilas olmaq üçün təbii üsullar

Selülitdən xilas olmaq üçün təbii üsullar
Gözəllik sirləri
10.09.2017 14
Yay aylarında qadınları narahat edən problemlərdən biri də selülitdir. 



Bu
problemin aradan qaldırılması üçün fərqli üsullar, gellər, kremlər
mövcuddur. Ancaq selülitə qarşı təbii vasitələr də vardır ki, onları ev
şəraitində özünüz hazırlaya bilərsiniz. Beləliklə, selülitə qarşı
mübarizənizdə təsirli olan təbii vasitələr... 



Zeytun
yağı və səhər içdiyiniz qəhvənin ilıq çöküntüsünü qarışdırın. Zəif ilıq
olan bu qarışımı qalın təbəqə şəklində selülit olan bölgəyə çəkin. Bu
qəhvəli qarışım qan dövranını sürətləndirəcəkdir. Bir neçə dəqiqə
gözlədikdən sonra sərt şəkildə masaj edin. Ardınca ilıq su ilə qarışımı
tamamilə üzərinizdən təmizləyin. Bu qarışımı çəkdikdən sonra streç
plyonka ilə sarıyıb 15 dəqiqə gözləmək də effektiv təsir göstərir. 



Bu proseduru 2-3 həftədən bir təkrar edə bilərsiniz. 



Selülitli bölgələrə müntəzəm masaj da qan dövranını sürətləndirərək bu problemdən xilas olmanızda yardımçı ola bilər. 



Həftədə iki dəfə duş suyuna duz əlavə edə bilərsiniz. 



Həmçinin selülitdən xilas olmaq üçün mütləq bol su qəbul etməli olduğunuzu da unutmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!