Əsl cavanlaşdırma möcüzəsi

Əsl cavanlaşdırma möcüzəsi
Gözəllik sirləri
10.09.2017 8
Bu
gün insan üçün ən qiymətli şey sağlamlıqdır. Dünyanın oxu yerindən
fırlanır. Xəstəliklər, təbii fəlakətlər milyonlarla insanın canını alır.
Bir tərəfdən də keyfiyyətsiz qidalar, düzgün bəslənməmək insanların
immun sistemini getdikcə zəiflədir və müxtəlif xəstəliklərə düçar
edir. Bəs immun sistemini necə gücləndirmək lazımdır? Xəstəliklərə
tutulmamaq üçün ilk növbədə nələrə diqqət etməliyik?



Bu dəfə orqanizmi güclü saxlayan antioksidant maddələrdən söhbət açacağıq.

Bəs antioksidant nədir, orqanizmdəki rolu nədən ibarətdir, hansı qidalarda vardır?



Antioksidant
orqanizmdə sərbəst radikalları məhv edən kimyəvi maddələrdir. Bədənimiz
özünə lazım olduqca antioksidant maddələri ifraz edir. Buna görə də bu
molekulların daimi orqanizmdə lazımi miqdarda olması üçün antioksidanlı
çay, meyvə və tərəvəzdən istifadə edilməlidir.



Orqanizmin
normal metabolik fəaliyyəti zamanı meydana gələn və hüceyrələrə hücum
edərək strukturlarını pozan molekullar olan sərbəst radikallar ciddi
xəstəliklərə səbəb olurlar. Antioksidantar isə zədələnən hüceyrələri
qoruyan maddələrdir. Yaş artdıqca orqanizm daha çox sərbəst radikala
məruz qalır və daha çox sərbəst radikal ifraz edir. Bununla bərabər,
orqanizmin təbii antioksidan istehsalı yaşın artmasıyla  azalır.
Antioksidant maddələr lazımlı miqdarda qəbul edilmədikdə xərçəng, ürək
xəstəlikləri, damarların kirəclənməsi, yüksək təzyiq kimi xəstəliklərə
tutulma  ehtimalı artır.



Əsl cavanlaşdırma möcüzəsi

Mütəxəssislər
sübut etmişlər ki, cavan qalmağın sirri antioksidan maddələrdədir. Həb
halında satılan antioksidantların orqanizmə xeyiri olmur. Əksinə, immun
sisteminin fəaliyyətinə zərər verir. Həkimlər ondansa təbii üsulla bu
maddəni qəbul etməyi tövsiyyə edirlər. Brokoli, qarpız və pomidorda
likopen, kuversitin, sülforafen, E ilə C vitaminləri kimi təbii
antioksidan vardır.



Antioksidantlar
immun sisteminin əsas parçalarındandır. Orqanizmdə olan zərərli
maddələr hüceyrə pərdəsinə zərər verir və onların yaşlanmasına,
qocalmasına səbəb olur. Antioksidantlar, hüceyrələrə zərər verən sərbəst
radikalları təsirsiz hala gətirərək, xərçəng də daxil olmaqla bir çox
xəstəliyə və erkən yaşlanmağa səbəb ola biləcək reaksiyaları önləyir və
qoruyur.



Antioksidantları orqanizm necə yığır?

Bədənin
immunitet sistemi 2 saatdan bir davamlı olaraq yenilənir. Bunun
qarşılığında antioksidanları özü çıxarır və lazımlı olanları ehtiyata
yığır. Qidalardan aldığımız bəzi antioksidanları bədən orqanlarda,
qanda, yağ toxumasında ehtiyat şəklində saxlayır. 



Antioksidantı
yüksək olan yeməklər Oksigen Radikalı Əmmə Tutumu (ORƏT) yüksək olan
qidalar kimi adlandırılır. Hər yemək eyni nisbətdə antioksidan təsiri
göstərə bilməz. Mütəxəssislərin fikrincə, bir gündə insan 3000-5000 ORƏT
dəyərində qida qəbul edərsə, onun immun sistemi bir o qədər sərbəst
radikalların hücumundan qorunar.



Sağlam
bəslənmək və sərbəst radikalların səbəb olduğu mənfi təsirlərdən
qorunmaq üçün ORAT dəyəri yüksək olan meyvə və tərəvəzlərə gündəlik
bəslənmədə yer vermək lazımdır.



Bəzi tərəvəz və meyvələrin 100 qram  üçün ORƏT dəyəri belədir:



Quru
kələm (1770), Brokoli (890), Çuğundur (840), Qırmızı bibər (710), Soğan
(450), Quru ərik (5770), Çiyələk (1540), Albalı (670), Portağal (750),
moruq(1220)



Bitki
nə qədər təbii şəraitdə yetişərsə, bir o qədər antioksidan verir. Süni
gübrələrdən, dərmanlardan istifadə edilərək becərilən bitkilərin
tərkibində antioksidan dəyəri aşağı olur.



Bitkilərdəki
antioksidan komponentlərin sərbəst radikallara qarşı təsirləri eyni
olmadığı üçün  antioksidan qəbulunda müxtəliflik əhəmiyyətlidir.
Mütəxəssislər deyirlər ki, antioksidan komponentləri fərqli qaynaqlardan
almaq lazımdır.



Antioksidantlar
orqanizmi  təmizləyir. Həkimlərin məsləhətlərinə görə, antioksidanlı
qidalar balanslı şəkildə istehlak edilməlidir. Çünki bunların həddindən
artıq istehlak edilməsi orqanizmdə daş yaranmasına səbəb olur.



A, C və E vitaminlərinin də antioksidant təsiri vardır.



Antioksidantların faydası nədir?

* İmmunitet sistemini gücləndirir.

* Yaşlanma təsirlərinin azalmasına (anti-aging) köməkçi olur.

* Bağ toxumasını gücləndirərək dəri sallanmasına mane olur.

* Qırışıqlara qarşı kosmetik vasitə kimi istifadə edilir. Dərinin elastik, yumşaq və daha da qırışıqsız olmasına kömək edir.

* Ürək və damar sistemindəki toxumalara elastiklik verir və ürək sağlamlığının qorunmasına köməkçi olur.

* Oynaqlarda bükülmə çətinliyinə qarşı hərəkəti asanlaşdırır.

* Xüsusilə siqaret çəkənlər, spirtli içki qəbul edənlər və hamiləliyə qarşı həb istifadə edənlər üçün çox qiymətlidir.

* Qan dövranının yaxşılaşmasına kömək edir.

* Orqanizmdə xərçəngə qarşı mübarizə çəpəri yaradır.



Antioksidant orqanizmimiz tərəfindən hazırlandığı kimi çöldən qida yoluyla da alınır.



Qida yoluyla alınan antioksidanlar :

A
Vitamini: Ərik, kök, pomidor, portağal, ispanaq, brokkoli, şaftalı,
kələm kimi yaşıl-sarı tərəvəz-meyvələr, qaraciyər, balıq, süd və yumurta
ən zəngin A vitamini qaynaqlarıdır.



C
Vitamini: Cəfəri, yaşıl bibər, ispanaq, üzüm yarpağı, brokoli kimi
yaşıl tərəvəzlər, sitrus bitkiləri, çiyələk, itburnu və albalıda var.



E
Vitamini: Bitki mənşəli maye yağlar, yaşıl yarpaqlı tərəvəzlər, yağlı
toxumlar və bunlardan əldə edilən yağlar, taxıl dənələri və quru
paxlalılar ən yaxşı E vitamini qaynaqlarıdır.



Flavonoidlər: Soğan,
kəvər, kartof, kələm, brokoli, ispanaq, çiyələk, alma, gilənar, albalı,
ərik, qara üzüm, qırmızı şərab, sitrus bitkiləri, yaşıl çay ən məşhur
qaynaqlarıdır.



Selenium: Tərkibində
selenium olan qidalar yetişdiyi torpağın selenium miqdarına bağlı
olaraq taxıl məhsullarında və paxlalılarda, ət, böyrək, ürək kimi
içalatlarda , balıq və dəniz məhsullarında tapılır.



Sink: ət,
süd, pendir, yumurta, dəniz məhsulları və balıq kimi heyvan mənşəli
qidaların hamısı sinklə zəngindir. Bundan əlavə  bütün taxıl məhsulları,
quru paxlalılar, soya paxlası və günəbaxan tumu da yaxşı sink
qaynaqlarıdır.



Bir
çox bitkilər antioksidant xüsusiyyətli olmaları ilə bizi sərbəst
radikallardan və zərərlərindən qoruyur. A, C və E vitamini,  beta
karoten bizi qoruyan antioksidanlardan ilkincidir. Bunlardan əlavə
soenzium Q-10 kimi antioksidanlar da çox tanınır.



Hər
bitki mənşəli maddə zərərsiz deyildir. Bəzi bitkilər xeyri ilə bərabər,
insana ziyan da verə bilər. Antioksidant xüsusiyyəti olan bitkilərə aid
olan bəzi nümunələr və xüsusiyyətləri bunlardır:



Ginkgo
Biloba (Məbəd ağacı): Yaddaş və zehnin güclənməsinə kömək edir.
Yorğunluğu, baş gicəllənməsini və qulaq zingildəməsini azaldır. Bu bitki
əsasən Çində, Yaponiyada, Koreyada geniş şəkildə yayılıb. Yaxın Şərqdə
bu ağac gümüş ərik, fil qulağı, qız saçı, Çin yelpik şamı kimi tanınır.
Yarpaqları bol antioksidan xüsusiyyətlidir.



Sarımsaq: Güclü
antibakterial, antioksidan təsirə malikdir. Həzm sisteminə kömək edir,
ürək xəstəliklərinə təsir göstərir, xalestrolu azaldır,  üst tənəffüs
yolu  xəstəliklərinə yaxşı təsir göstərir, qan laxtalanmasının qarşısını
alır, təzyiqi tarazlayır, sidikqovucudur və s.Hər gün 1-2 diş sarımsaq
yemək imuniteti gücləndirər. Ona görə də xörəklərdə soğanla yanaşı 1 diş
sarımsağın istifadə edilməsi məsləhətlidir.



Jenşen
otu: Stressə, yorğunluğa, cinsi zəifliyə qarşı güclü təsir etmə
qabiliyyətinə malikdir, qüvvətverici bir tonikdir. Qədim Çində
uzunömürlülüyünün sirrini bu bitkidə axtarırdılar. Jenşen bitkisi çox
xəstəliklərə. İmmuniteti gücləndirir, ağciyər, şəkər, xərçəng, böyrək və
s. xəstəliklərə qarşı  qoruyucu funksiya daşıyır. İnsanı cavanlaşdıran
antioksidant xüsusiyyətə malikdir.



Üzüm: Damar
sərtliyini, sərbəst radikalların zərərlərini önləyər, qan dövranını
artırar, immuniteti gücləndirər və s. İltihab qaldırıcı təsiri vardır.
Yaranın tez sağalmasını  sürətləndirər. 1 kq üzümün tərkibindəki qida
dəyəri 1.150 litr südə, 390 qram ətə və 1.5 kq kartofa bərabərdir. Üzüm
xərçəngə, dərinin qocalmasına, ürək-damar xəstəliklərinə  qarşı yaxşı
təsir göstərir. Kalori dəyəri yüksək olan üzüm kalsium, kalium, natrium
və dəmirlə zəngin olduğu kimi, A, B1, B2, və C vitaminləri ilə də 
əhəmiyyətli bir qida qaynağıdır. Bir sözlə, üzümün faydalarını saymaqla
bitməz.



Soya
paxlası (lobya): Xolestrolun miqdarını tənzimləyir, zərərli xolestrolun
qarşısını alır, ürək xəstəliklərinə, infarkt, xərçəng və xroniki
xəstəliklərə qarşı yaxşı təsir göstərir. Menopoz (qadınlarda
menstruasiya prosesinin erkən başa çatması) və osteoporaz (sümük
əriməsi) xəstəliklərinin müalicəsində əvəzedilməz təsirə malikdir.



Çay: Güclü
antioksidan təsirə malik olan bu bitkinin sağlamlığa demək olar ki,
ziyanı çox azdır. Çayın xolesterol səviyyəsini aşağı saldığı
mütəxəssislər tərəfindən təsdiqlənmişdir. Susuzluğu yox edir, qaraciyəri
təmizləyir və təzələyir, diş çürüklərinin qarşısını alır, yorğunluğu
götürür, sakitləşdirici təsirə malikdir. Ürək-qan-damar xəstəliklərinin
qarşısını alır, ürəyi gücləndirir, asmanın qarşısını alır. C və E
vitamini ilə karoten maddəsi sayəsində qan xərçənginə qarşı immuniteti
artırır, sonsuzluğun qarşısını alır. Tərkibində olan antioksidant təsir
orqanizmdən zərərli maddələrin xaric olunmasına kömək edir və ağciyər,
mədə, bağırsaqda xərçəngin, gözdə kataraktanın yaranmasının  qarşısını
alır. Çay həm də antibakterial təsirə malikdir. Yaşıl çayın tərkibində
daha çox antioksidan maddələr vardır.



Soğan, kəvər, kərəviz, kələm fəsiləsi də antioksidan xüsusiyyətə malikdir. Xərçəngə qarşı güclü təsirə malikdir.



Qara
qarağat, quşüzümü, çiyələk, moruq, nar, böyürtkən də güclü antioksidant
təsiri vardır. İmmuniteti gücləndirir, göz xəstəliklərinə qarşı
istifadə edilir.



Pomidor,
ərik, qreyfrut,qarpız çox güclü bir antioksidant olan likopen
baxımından zəngindirlər. Likopen məmə, prostat xərçəngi kimi bəzi
xərçəng növlərinin riskini  azaldır. Orqanizmi ürək-damar sistemi
xəstəliklərinə qarşı qoruyur.



Sitrus
bitkiləri: Limonen, fenolik turşusu kimi antioksidantları özündə
birləşdirirlir. Dəri, məmə və ağciyər xərçəngləri başda olmaqla, xərçəng
riskini azaldar. C vitamini qaynağı olduqlarından dərinin elastikliyini
qoruyar. Orqanizmdə dəmir kimi bəzi qida elementlərinin sorulmasına
kömək edər.



Yabani
ənginar: Ənginar bitkisi ən çox Türkiyə, İtaliya, Fransa, İspaniya,
ümumilikdə Cənubi Avropa və Ağ dəniz hövzəsindəki ölkələrdə
yetişdirilir. Azərbaycanda isə əkin ənginarı, əkin artişoku, tikanlı
ənginar  adlandırılan növü yetişdirilir. Bitki iyul ayında çiçəkləyir,
meyvəsi avqustda yetişir. Əkin artişoku Azərbaycanda Lerik, Şamaxı
rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı
nəticə verir. Onun yarpaqlarında, çiçəklərində, toxumlarında və
köklərində bir sıra bioloji fəal maddələr müəyyənləşdirilib. Belə
maddələrdən: sinarin qlikozidini, acı maddələri, şəkəri, piyli və
qatranlı maddələri, üzvi turşuları, C vitaminini və s. göstərmək olar.
Ənginardan xroniki qaraciyər iltihabı, qaraciyərin yağlanmasının
qarşısını almaq üçün istifadə edirlər. Ənginar bitkisi ödün fəlaiyyətini
tənzimləyir və öd şirəsinin bağırsağa ifraz edilməsinə, yayılmasına
kömək edir.



Xərçəng xəstəliyinin qənimi

Antioksidant
maddələr ən çox xərçəngin yaranma riskini əngəlləyir. Spirtli içki
qəbul edənlər və  siqaret çəkənlərin daha çox antioksidan maddələrə
ehtiyacı vardır. Çünki spirt və siqaret orqanizmi zəhərləyərək
zəiflədir, immun sistemini məhv edir. Belə şəraitdə sərbəst və zərərli
birləşmələr insan orqanizmini özünə tabe edir. Antioksidantın bol olması
ən azından bu birləşmələrin zərərli təsirinin qarşısını alır, dəri
hüceyrələrini məhv etməsinə və zədələməsinə şərait yaratmır. Ona görə də
xüsusilə xərçəngə tutulmamaq üçün siqaretdən və hansı şəraitdə
hazırlanması bəlli olmayan spirtli içkilərdən tamailə imtina etmək
məsləhətdir.



Sonda
unutmamaq lazımdır ki, insan üçün həyatda özünün və yaxınlarının
sağlamlığından dəyərli heç nə yoxdur. Ona görə də hər kəs necə və nə ilə
bəslənməsinə ciddi fikir verməlidir. Həmişə təbbii məhsullarla
qidalanmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!