Estetik plomblar necə hazırlanır?

Estetik plomblar necə hazırlanır?
Gözəllik sirləri
10.09.2017 53
Estetik plomblar necə
hazırlanır?
Estetik plomblar, hazırlanmış oyuqlara təbəqə-təbəqə
yerləşdirilir və hər bir təbəqə xüsusi bir işıq ilə sərtləşdirilir. Bu proses
qurtardıqdan sonra Estetik plomblar dişə görə formalaşdırılır və düzəldilir.
Bütün bu proseslər amalgam plomb prosesindən daha uzun müddət davam edər. Ancaq
amalgamın ən az iki misli qədər daha bahalıdır. Estetik plombların ağızda qalma
müddəti də 7-10 ildir ki, bu müddət amalgamın ömrünə yaxındır. Ancaq çox böyük
plomblarda vəziyyət amalgamın lehinədir.
 
Üstünlükləri və mənfi cəhətləri:
Bu plombların ən böyük üstünlükləri estetik
olmalarıdır. Bundan başqa bu plomblar dişlərə yaxşıca bağlandığı üçün diş
toxumalarını dəstəkləyir, qırılmalara və istilik keçməsinə mane olur. Mürəkkəb
tərkibli maddələr, sadəcə çürükləri restavrasiya etmək üçün deyil, dişlərin rəngini
və formasını dəyişdirərək kosmetik təsirləri üçün də istifadə edilə bilər. Ən əhəmiyyətli
mənfi cəhəti prosesdən sonra həssaslıqların olmasıdır. Plombların rəngləri qəhvə,
çay kimi rəngləyici yeməklərlə də azca dəyişə bilməkdədir.
 
Estetik restavrasiyalardan
sonra xəstələrə xəbərdarlıqlar
Mürəkkəb tərkibli maddələrdə də artıq eyni
seansda polisaj prosesi həyata keçirilə bilməkdədir. Ancaq çox böyük
restavrasiyalar, ya da çox diş üçün edilən ardıcıl restavrasiyalarda xəstəni
bir dəfə daha kontrola çağırıb varsa lazımlı düzəltmələri etmək həm estetik, həm
də funksional baxımdan çox daha yaxşı olacaqdır.
Bu materiallarla qabaq dişlərdə çox böyük itkilər
birpa edilə bilməkdədir, bu səbəblə xəstələrin dişləmə zamanı diqqətli
olmalarının bu restavrasiyaların ömrünü uzadacağının da izah edilməsi lazımdır.
Xüsusilə fasial üzdə edilən tətbiqatlardan sonra nə qədər yaxşı polisaj edilmiş
olsa da rəngləyə bilən yemək və içkilərin plombların rənglərini dəyişdirə biləcəyi
yenə xatırladılmalıdır. Sürtünmə səbəbi ilə restavrasiya edilmiş dişlərdə daha
çox diqqət yetirilməsi lazım olan şey də xəstəyə çox sərt olmayan diş fırçaları
məsləhət görmək və fırçalama üsullarında düzəlişlər edə bilmələrini təmin etməkdir.
Geniş fasial üz restavrasiyaları üçün də bu məsləhətlər görülməkdədir.





Dr. Qara bəyHacıyev

Mob: 055-348-35-25 (WhatsApp)

Facebook adresimiz: http://www.facebook.com/dr.haciyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!