Baharın romantikasına uyğun pencək dəbi

Baharın romantikasına uyğun pencək dəbi
Gözəllik sirləri
10.09.2017 18
Hansı
üslubda geyinməyinizdən asılı olmayaraq, işdə ciddi dress-kod tələb
olunmasa da, pencək hər bir qadın qarderobunun zəruri əşyasıdır. Pencək
bir çox geyimlə uzlaşan universal geyimdir. O, həm gündüz, həm də axşam
obrazının əsas tamamlayıcısıdır.

 

Bu bahar nə cür pencəklər dəbdə olacaq?

Baharın
gəlişi ilə pencəklər dəb gündəmini zəbt edir. Oxucuları pencək dəbi ilə
tanış etməzdən qabaq bildirək ki, əsl modapərəstin bir neçə pencəyi
olmalıdır. Onlar da öz növbəsində fason və rənglərinə görə müxtəlif
olur. Məsələn, klassik qara pencəkləri cins, futbolka, kokteyl paltar,
hündürdaban, eləcə də, idman ayaqqabıları ilə uyğunlaşdırmaq mümkündür.

 

Qarderobun
rahat və dəbli predmeti olan pencək, demək olar ki, aparıcı dünya
dizaynerlərinin hər kolleksiyasında yer alıb. Bahar kolleksiyalarında
dizaynerlər pencəkləri müxtəlif modellərdə - rəngli, birdüyməli,
ikidüyməli, uzun və qısa formada, o cümlədən, etnik naxışlı
variantlarını təqdim ediblər. İlin ən dəbli rəngləri arasında qara, boz,
sarı, ağ və çəhrayının müxtəlif tonları var.

 

Daha
zərif obraz üçün jaket tərzində, məsələn,  tvid parçadan tikilən pencək
əldə edin.  Belə pencək istənilən obrazı çox yaxşı tamamlayacaq. Belə
pencəklər qadını həm ciddi, həm cazibədar göstərir. Ümumiyyətlə, bahar
ayları üçün ən yaxşı üst geyim növü tvid pencəkdir. Tvid hazırda dəb
ilahələrinin də ən çox üstünlük verdiyi parçadır. Belə pencəkdə
diqqətdən kənar qalmaq mümkün deyil.

 

Bu ilin pencək dəbinə smokinq tərzi də daxildir. Bu cür pencəklər xüsusilə nəfis axşam obrazı üçün uyğun gəlir.

 

Bir
çox stilistlər sadə dəsti gözəlləşdirən ənənəvi olmayan qadın pencəyini
məsləhət görür. Bu mövsümdə məxmər və zamşa  kimi parçalar çox
aktualdır. Lakin yaxşı olardı ki, məxmər pencəkləri gecə dəvətlərinə
geyinəsəniz. Məsələ ondadır ki, məxmər pencək gündüz obrazını
ağırlaşdırır və sahibini daha yaşlı göstərir. 

Qısa
pencəklər fəslin ən dəbli tendensiyasından biridir. Belə pencək demək
olar ki, istənilən geyimlə gözəl uyğunlaşır: ideal ofis ansamblı
yaratmaq üçün onu ətək-karandaşla, cins şalvarla və ya sadə donla
geyinin.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!