70-ci illərin unudulmuş dəbi yenidən gündəmdə

70-ci illərin unudulmuş dəbi yenidən gündəmdə
Gözəllik sirləri
10.09.2017 17
Moda
- müxtəlif dövr tendensiyalarının, ideya və xatirələrin mürəkkəb
burulğanıdır. Bəzən artıq unudulmuş mövzular qəfil podiumlara qayıdır.
Hər yeni mövsüm dəb tendensiyalarını təhlil edərək, köhnə üslubların
müasir dəbə qayıtdığını  müşahidə edirik.

 

Xüsusilə, 70-ci illərin fasonları, unudulmuş üslubları bu il müasir dəb dünyasının əsas leytmotivi olub.

 

70-ci
illərin təsiri dəb  dünyasında hökmranlıq etməyə davam edir.
Modapərəstlər də bu vəziyyətdən şikayətçi deyil. Məsələn, 70-ci illərin
ən populyar materiallarından olan yumşaq dərilər, zamşa baharın əsas
trendi olacaq. Dizaynerlərin əksəriyyəti də bu bahar ənənəvi klassik
plaşların zamşadan tikilmiş variantlarını təklif edir.

Daha
çox qəhvəyi tonları diqqət çəkən plaşları modapərəstlər qısaboğaz və
qalın dabanlı çəkmələrlə birləşdirir. Bu plaşların ən mükəmməl vəhdəti
isə cins şalvarlarladır. Başdan-ayağa qara  geyinməklə seksual dəst
yaratmaq da öz əlinizdədir. Qəhvəyi ilə qaranın birləşməsi cazibənizi
daha da qüvvətləndirəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!