Sellülit və çatlardan qurtulmağı yolu

Sellülit və çatlardan qurtulmağı yolu
Gözəllik sirləri
10.09.2017 25
Bütün il narahat etsə də, sellülit və çatlar ən çox yaz
aylarında kabus halına gəlir. İncə və nazik paltar geyinərkən qadınlar
özlərini narahat hiss edirlər. Amma bu iki problemin çarəsi olduqca
asandır: düzgün qidalanma və idman.



Dəri çatları -  əsasən qol, boyun, sinə, qarın və bel nahiyəsində
əmələ gələn dəri problemidir. Dəri çatlarının əmələ gəlməsinin ən
başlıca səbəbi çəkinin tez-tez artıb-azalmasıdır.
Çəkisini müvəffəqiyyətlə idarə edən qadınlarda ümumiyyətlə çatlar
 problemi olmur. Çəkinin normada saxlanmasında ən əhəmiyyətli məsələ
qidalarla aldığımız enerjinin gün boyu xərclədiyimiz enerjiyə bərabər
olmasını təmin edə bilməkdir. Gündəlik qidalanmada
müəyyənnormalar vardır. Bundan çoxuna yönəldiyinizdə, artıq kilolar
səbəbindən də çatlar qaçınılmaz olar.

Eyni şəkildə, sürətlə arıqlamamaq lazımlıdır. Sürətli çəki
itirənlərdə sallanma və çatlara çox sıx rast gəlinir. Ayda 4-6 kq çəki
itkisi sağlam qəbul edilir. Bundan daha sürətli arıqlayanlar yalnız
sallanma və çatlarla deyil, bəzi sağlamlıq problemləri ilə də mübarizə
etmək məcburiyyətində qala bilərlər. 

 

Sellülit - dəri altındakı yağ toxumasının su və duzların şəkil
dəyişdirməsi və portağal qabığı görünüşdə bir quruluş meydana
gətirməsidir. Sellülitin bir çox əmələ gəlmə səbəbi vardır. Hormonal
dəyişikliklər, fiziki fəaliyyətin qeyri-kafiliyi və səhv qidalanma
başlıca səbəblərdir. Kişilərdə sellülit olmur. Bunun səbəbi kişi
dərisinin qadın dərisinə nisbətən daha dayanıqlı olması və qadın
hormonlarına bağlı bir vəziyyətin yaşanmamasıdır. Sellülit artıq
kilolardan fərqli olaraq yalnız köklərin problemi deyil. Çox arıq
kəslərdə də sellülit əmələ gələ bilər. Sellülitlə mübarizə aparmaq üçün
düzgün qidalanmaq lazımdır. Bu problemin yaranması həm də qan dövranı
pozğunluğundan irəli gəldiyindən, normal qan dövranına maneə
törətməyəcək şəkildə qidalanmaq lazımdır. Bunun üçün gün ərzində kifayət
qədər su içilməlidir. 

Hər yetişkin insan gündə ən azı 8 stəkan su
içməlidir. Xüsusilə isti günlərdə tərlə atılan suyu bərpa etmək üçün
içilən suyun miqdarını da artırmaq lazımdır. Sellülitin əmələ gəlməsinə
səbəb olan içkilər də vardır. Çay, qəhvə və qazlı sular,
tərkibində kofeini çox olan ərzaqlar orqanizmin su itirməsinə səbəb
olur. Bu səbəblə həddindən artıq miqdarda qidanlanmaq da düzgün deyil.
Həmçinin spirtli içkilər də eyni təsiri göstərir. Qadınlar gündə 1
vahiddən çox spirt qəbul etməməlidirlər. Bu miqdar 1-2 şüşə pivə, 1-2
qədəh şəraba bərabərdir. Duz istifadəsi də əhəmiyyətli bir mövzudur.
Gündəlik duz qəbulunun 6 qramdan artıq olması sağlamlıq üçün risk və
sellülit təhlükəsi yaradır. Gün ərzində istifadə etdiyimiz yeməklərdən
və çörəkdən aldığımız duz miqdarı bədənimiz üçün kafi olduğundan
süfrələrə duzqabı qoymaq lazımsız bir vərdişdir. Bundan əlavə, konserv
və şoraba kimi qidaların həddindən artıq yeyilməsi də çox duz qəbul
etməyinizə səbəb ola bilər. Təzə məhsullara süfrənizdə hər zaman daha
çox yer verməlisiniz. Qızartma və qovurma kimi yağ tərkibi yüksək
qidalar da sellülitin əmələ gəlməsini sürətləndirir.  



Sellülitin ən yaxın yoldaşlarından biri də siqaretdir. Siqaret qan
dövranına mənfi təsir göstərməsi səbəbi ilə sellülitin əmələ gəlməsinə
zəmin yaradır. Sağlamlıq baxımından riskləri saymaqla bitməyəcək olan
siqaretin həyatımızdan çıxarılması həm həyat keyfiyyətini artırar, həm
də sellülitin yaranmasına mane olar. 

Nizamlı olaraq məşq etmək - arıqlama zamanı əmələ gələ biləcək sallanma
və çatlaqların qarşısını almaq və sellülit problemini həll etmək üçün ən
təsirli yollardan biridir. İdman hərəkətləri əzələləri gücləndirmək və
gündəlik enerji sərfini artıraraq yağ toxumasının miqdarını azaltması
səbəbi ilə bu problemlərin də önünü ala bilər. Həftədə ən azı 3 dəfə 45
dəqiqəlik ürək-damar məşqi və dartma məşqlərindən ibarət olan bir
proqram təşkil etmək lazımdır. Yaz idman növlərindən olan üzgüçülük də
bir çox əzələni eyni anda işlətdiyi üçün bu problemlərin öhdəsindən
gəlməkdə sizə köməkçi olacaq. Məşq etmək fürsəti olmayanlar gündə ən azı
yarım saat templi addımlarla gəzməlidir. Havanın isti olmağını nəzərə
alsaq, yay aylarında axşam vaxtı ediləcək gəzintilər sağlamlıq üçün daha
məqsədəuyğundur.

Sizlərə sağlam günlər diləyirəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!