Yazı gözəl bədən quruluşu ilə qarşılayın

Yazı gözəl bədən quruluşu ilə qarşılayın
Gözəllik sirləri
10.09.2017 11
Qarşıdan
yaz və yay fəsli gəlir. Üst geyimləri çıxdıqca insan bədəni ilə daha
yaxşı tanış olur. Qış boyu fikir vermədiyiniz bədəniniz yazda sizi
təəssüfləndirə bilər.

Dietoloqlar ilk növbədə yatmazdan əvvəl atışdırmaların daha çox yağlanmaya səbəb olduğunu deyir. Aile.lent.az yaz-yay fəslinə gözəl bədən quruluşu ilə daxil olmağın yollarını sadalayır.

 

Şəkərsiz bitki çayı için

Şəkərsiz
içilən bitki çayları iştahı azaltmağa kömək edir. Yaşıl və rəngi açıq
çayların metabolizmanı sürətləndirən təsirindən yararlanmaq üçün gün
ərzində 2-3 fincan içməniz məsləhətdir.

 

Yatmazdan 3 saat əvvəl yemək yeməyin

Yatana
yaxın atışdırmalar və yemək yemək həddən çox yağlanmaya səbəb olur. Qan
şəkəriniz çox yüksəkdirsə, yuxu keyfiyyətinizdə də azalma baş verir.
Buna görə də yatmadan ən azı 3 saat əvvəl yeməyə qadağa qoyun.

 

Nəsə yemək istəyəndə su için

Bir
çox insan aclıq və susuzluq hissini qarışdırır. Buna görə də kifayət
qədər su içməyən insanlar atışdırmalara üstünlük verir. Ürəyiniz nəsə
yemək istəyəndə əvvəlcə su için və ən azı 10 dəqiqə gözləyin. Aclıq
hissinin azaldığını hiss edəcəksiniz.

 

Süfrənizdə ədviyyatlara yer verin

Qırmızı
pul bibər, qara bibər, zərdəçal və zəncəfil kimi ədviyyatlar
metabolizmanı sürətləndirməyə kömək edir. Darçın qan şəkərini
nizamlayaraq, şirniyyat istəyini də azaldır. Buna görə də süfrələrinizdə
ədviyyatlara yer verin.

 

Probiotiklər metabolizmanın dostudur

Araşdırmalar
sübut edib ki, qəbzlik problemi olanlar ildə 3 kq artıq çəki alırlar.
Probiotiklərlə nizamlı qidalanmaq qəbzliyin qarşısını alır. Gündə bir
dəfə kefir və ya qatıq yemək metabolizmanıza kömək olacaq.

 

Gündə 8 saat yatın

Gündə
5 saatdan az yatanlar normal yuxu yatanlardan 300 kalori artıq almağa
meylli olurlar. Yuxu nizamına diqqət etmək vacibdir. Ən azı 5-8 saat
yatmaq qışda sizi kökəlməkdən qoruyan vasitələrdən biridir.

 

Karbohidratlar yeyin  


un və şəkər tozu qan şəkərini sürətlə yüksəldib aşağı saldığı üçün
tez-tez aclıq hiss edirsiniz və şirniyyat istəyirsiniz. Buna görə də
karbohidrat qaynağı olan tam taxıllı çörəklər, bulqur, makaron kimi
keyfiyyətli karbohidratlara üstünlük verin. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!