Kök xanımların nəzərinə:belə geyinin

Kök xanımların nəzərinə:belə geyinin
Gözəllik sirləri
10.09.2017 11
Bədən
ölçüsündən asılı olmayaraq, gözəl geyinə bilmək bir sənətdir. Üstəlik,
saçlarınız buruqdursa, bunun sizin stilinizə təsir edəcəyindən
qorxmayın. Aile.lent.az artıq çəkisi olan xanımlara gözəl geyinməyin
sirlərini açıb:

 

Trendləri izləyi

İnsanlar
sizə klassik üsluba üstünlük verməyi məsləhət görəcək. Artıq çəkinizə
baxmayaraq, şık görünmək istəyirsinizsə, onları dinləməyin. İstədiyiniz
dəbli geyimin sizə uyğun ölçüsünü alın və geyinin.

 

Eyni şeyləri geyinməkdən qorxmayın

Özünüzü
bir paltarın içində xoşbəxt hiss edirsinizsə, bir neçə rəngini alıb
fərqli vasitələrlə kombinə edin və geyinin. Bu, həm də sizi hər gün "nə
geyinim” dərdindən də xilas edəcək.

 

Bədəninizi nümayiş etdirin

Bədəni
nümayiş etdirmək köhnə üsullardan biridir. Kiçik bir göbək dekoltesi və
bud hissələri qatlanmış şalvar boyunuzu uzun göstərəcək.

 

V yaxalı geyimlər

Boyu
uzun göstərməyin yollarından biri də V hərfli yaxalı kofta və
donlardır. Bu, sizin boyunuzun hündür olması təəssüratını yaradacaq, həm
də sizi daha az çəkili göstərəcək. Balıqvari yaxalardan isə uzaq durun.

 

Metal rəngli kəmərlə vurğulayın

Kəmərləri
sevirsinizsə, sizin üçün ən yaxşı seçim metal rənglərdir, xüsusən də
qızılı rəngə üstünlük verin. Parlaq metal rənglər hər kombinəni bir
pillə yüksəyə qaldırır.

 

Naxışlı geyimlərdən qaçmayın

İnsanlar
sizə naxışlı geyimlərdən uzaq durmağı tövsiyə edəcək. Bəzən bir rəngli
geyim naxışlı geyimdən daha çox kök göstərə bilər. Ona görə də fikir
verməyin. Yadda saxlayın ki, naxışlı parçalar sizi olduqca dəbli
göstərəcək.

 

Proporsiyanızla oynayın

Fərqli
proporsiyalı bədən quruluşunuz varsa, çəkinməyin. Sadəcə geyinərkən
kontrast və tarazlığa fikir verin. Mədə hissəsi enli olan qısa pencəyi
kombinə edə bilərsiniz. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!